Fəzail Ağamalının partiyası müğənnilərə müraciət etdi

img

21-02-2012 [04:05]


Ana Vətən Partiyası sənətçilərə müraciət edib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, AVP Eyyub Yaqubov, Rəhim Rəhimli, Namiq Qaraçuxurlu, İbrahim Borçalı, Rafael İsgəndərov, Çoşqun Həmidov və Sevda Yəhyayevaya müraciət edərək fevralın 27-də Sankt-Peterburqda Azərbaycanlıların mədəni muxtariyyətinin təşkil etdiyi xeyriyyə konsertində iştirak etməyin yanlış olduğunu bildirib: ?Biz azərbaycanlı sənət adamlarının müxtəlif şəhərlərdə xeyriyyə konsert proqramları ilə çıxış etməyinə, o cümlədən ?V.Putinə dəstək? devizi altında keçiriləcək konsertə də hörmətlə yanaşırıq. Lakin konsertin zamanı düz seçilməyib. XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı Soyqırımından bir gün sonra Azərbaycan sənət adamlarının Azərbaycanlılar qarşısında konsert keçirməyi milli-mənəvi dəyərlərimizə, xalqımıza və Xocalı şəhidlərinin ruhuna ən böyük hörmətsizlikdir. Ümidvarıq ki, xalqımızın tanınmış sənət adamları kimi Sizlər varlığınızı və fəaliyyətinizi qınaq obyektinə çevirməyəcək və fevralın 27-ə təyin olunan konsertdən imtina edəcəksiniz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA