Ramil Səfərovla bağlı bəyanat verildi

img

21-02-2012 [03:08]


Macarıstanın Budapeşt şəhərindəki həbsxanada ömürlük cəza çəkən azərbaycanlı zabit Ramil Səfərovla bağlı bəyanat verilib. Bəyanatı Ramil Səfərovun hüquqlarının müdafiəsi məqsədilə yaradılmış ramilsafarov.info saytı yayıb. Bəyanatda bildirilib: "Fevralın 19-da Milli Ordunun zabiti Ramil Səfərovun həbsindən 8 il keçdi. Zabiti qürbət zindanlarında qalan tərəf Azərbaycan olsa da, Ermənistan bu işə daha aktiv yanaşır. Ermənistanın Müdafiə Nazirliyi tərəfindən təyin olunmuş xüsusi nümayəndə Hayk Demoyan bu məsələylə bağlı fəaliyyət göstərir. Demoyan ildə ən azı 8-9 dəfə mətbuatda Ramilə qarşı yeni-yeni iddialarla çıxışlar edir, vaxtaşırı Macarıstana ezam olunur və Ramilin ekstradisiyası ilə bağlı ən xırda şaiyənin yayılması isə Demoyanın rəhbərlik etdiyi komitənin bütün gücüylə işə keçib istədikləri nəticəyə çatmalarıyla nəticələnir. Bu halda, Azərbaycan Müdafiə Nazirliyinin öz zabitinə sahib çıxmamasını, bu məsələylə bağlı nümayəndə ayırmamasını necə başa düşək? MN bir tərəfə, bu gün Ramil Səfərovla bağlı heç bir mülki qurum fəaliyyət göstərmir, illər öncə yaradılmış "Müdafiə Komitəsi" isə heç bir fəaliyyəti ilə gözə çarpmır. Ramilə qarşı olan iddiaların, böhtanların, onun işinə maneçilik törədən hərəkətlərin qarşısı isə ancaq sadə vətəndaşlar və saytımız (www.ramilsafarov.info) tərəfindən alınır. Nə vaxta qədər?!"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA