19-02-2012 [11:06]
[b]?Müxalifət liderləri ambisiyalarından əl çəkməli, partiyalar qrup maraqlarından deyil, ümummi mənafeyi düşünməli və bir ideya ətrafında birləşməlidir, yoxsa birdəfəlik məhv olacağıq?[/b]
Son dövrlər müxalifət düşərgəsində bloklaşma prosesi gedir. Mövqeləri yaxın olan partiyalara bir araya gələrək müxtəlif ittifaqlar yaradırlar. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) isə bu birliklərdən kənarda dayanıb. Bu və ya digər məsələlərlə bağlı düşüncələrini bizimlə bölüşən AMİP sədri Yusif Bağırzadə rəhbərlik etdiyi təşkilatın fəaliyyətsiz olması ilə bağlı fikirlərin heç bir əsası olmadığını deyib.
- AMİP-in kənarda qalması, passivlik göstərməsi və bu kimi fikirləri səsləndirənlər bizim partiyanı istəməyən, onu qəbul etməyən kiçik qrupladır. AMİP Azərbaycan müstəqillik aktının müəllifidir, çoxpartiyalı sistemin əsasını qoyan bir partiyadır, AMİP Azərbaycanda yeganə partiyadır ki, Beynəlxaq Demokratlar İttifaqı təşkilatında təmsil olunur. AMİP-in uğurları göz qabağındadır. Ötən il Azərbaycan siyasi tarixində olmayan bir üstünlük əldə etdik. AMİP Avropa Parlalamentinin komissiyasının toplantısına dəvət olundu və orada yüksək səviyyəli görüşlər keçirdi. Bu yaxınlarda AMİP-ə İsveçrənin Moderat Partiyasının deputat qurupu gəlmişdi. Bizim yüksək səviyyəli treninqlərimiz keçirildi.
- Mən ölkə daxilindəki proseslərdə iştirakı, müxalifətdaxili birlikləri nəzərdə tuturam?
- Təbii ki, müxalifət daxilində bloklarının yaradılması müsbət haldır. Amma çox təəssüf ki, Azərbaycan müxalifətinin vahid mərkəzi hələ də formalaşmayıb. Bu gün müxalifət düşərgəsində birlik yoxdur, mövcud olan ittifaqlar isə sadəcə olaraq, qütbləşmədir. Diqqət yetirin, bir tərəfdə İctimai Palata, bir tərəfdə ?Qarabağ? bloku, o biri tərədə Demokratik Cəmiyyət Uğrunda Müqavimət hərəkatı və s. Bunlar ayrı-ayrı partiyaların toplaşdıqları qruplardır, heç birinin də arasında ciddi əməkdaşlıq, birgə fəaliyyət münasibətləri yoxdur.
- Axı Siz özünüz də İctimai Palatadan ayrılmaqla əməkdaşlıqdan imtina edənlərdən olmusunuz?
- O vaxt mən dedim ki, İctimai Palata küçə yürüşlərinə başlamamış, daha da möhkəmlənməliyik. Ondan sonra fəaliyyətimizi genişləndirərik, mitinqlər də keçirərik, ancaq fərqli və ziyanlı yol tutuldu. Hətta o zaman təklif elədim ki, kölgə hökuməti də yaradaq. Qoy, beynəlxalq aləm də Azərbaycanda alternativ bir komandanın olduğunu görsün. AMİP İctimai Palatanın təsisçisidir, təsisçisi olaraq da qalır. Biz İctimai Palataya daxil olandan dedik ki, Azərbaycanda siyasi müxalifət yükünü daşıyan partiyalar bir yerdə olmalıdır. Bunun üçün də Müsavat, AXCP, AMİP, KXCP, ADP və digər aparıcı partiyalar vahid mövqedən çıxış etməlidirlər. Bizim bir araya gəlməyimiz üçün kiayət qədər səbəblər var. Azad seçki, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı, ?Siyasi partiyalar haqqında? Qanunun qəbulu və digər vacib məsələlərin həlli bizi birləşdirən əsas dəyər olmalıdır. Bu gün hər şeyi kənara buraxıb Azərbaücanda demokratik mühitin, bərəbərşəraitli mübarizənin gerçəkləşməsi üçün bütün demokratik qüvvələr bir araya gəlməlidir. Bütün birliklər də bu əsasda formalaşmalıdır, daha qütbləşmə, ayrı-ayrı ittifaqlar yaratmaqla heç nəyə nail olmaq mümkün deyil.
- Dedikləriniz yaxşı səslənir, axı AMİP də bu istiqamətdə?
- (Sözümüzü kəsərək) AMİP sağ mərkəzçi partiyadır. Bizim çoxtərəfli münasibətlərimiz var. Həm İngiltərənin Konservatorlar, həm İsveçrənin Moderat, həm Gürcüstanın hakim partiyası ilə, ümumiyyətlə, hakimiyyətdə olan bir çox partiyalarla münasibətlərimiz var. Ona görə də AMİP-in digər birliklərdən kənarda fəaliyyət göstərməsinə hansısa don geyindirilməsini düzgün saymıram. İndi bir neçə partiyanın hansısa birlikdə bir araya gəlməsi o demək deyil ki, nəyəsə nail olublar. Əslində bizim bu prosesdən kənarda qalmağımız müsbət haldır ki, qütbləşmədə iştirak etmirik.
- Bəs təklifiniz nədir, vəziyyətdən çıxış yolu kimi nəyi göstərirsiniz?
- Biz hazırda bir sıra görüşlər keçiririk. Məqsədimiz də odur ki, hərə öz blokunda dursun, hərə öz ittifaqı çərçivəsində fəaliyyət göstərsin, amma hamımız vahid mövqedən çıxış edək. Gəlin vahid ideya, vahid, komanda, vahid namizəd haqqında düşünək. Biz 2010-cu il parlament seçkilərində nəyə görə uduzduq? Bir olsaydıq, o zaman bizim müşahidəçilərimiz birə-beş artardı, saxtakarlığa qarşı mübarizəmiz də daha təsirli olardı. Növbəti dəfə eyni problemlə üzləşməmək üçün, eyni səhvləri buraxmamalıyıq, vahid mövqeyə gəlməliyik.
- Müxalifətin vahid mövqeyə gəlməsinə əngəl olan nədir ki?
- Bu, təkcə AMİP-dən asılı deyil, burada başqa siyasi partiyaların da mövqeləri nəzərə alınmalıdır. Biz AMİP olaraq müxalifətin vahid mərkəzinin yaradılması məqsədiylə Əlik Kərimli,irmahmud Mirəlioğlu, Sərdar Cələloğlu ilə görüşüb müzakirələr aparmışıq. Əsas demokratik qüvvələrin bir arada olmasıdır. Hətta bu ideya naminə biz öz ambisiyalarımızdan da geri çəkilərək, istənilən namizədi dəstəkləyə bilərik. Əlimizdən gələni edəcəyik ki, məqsədimizə çataq. Bundan sonra nəzərdə tutmuşuq ki, Müsavat başqanı İsa Qəmbərlə, Ümid Partiyası, Vətəndaş Həmrəyoliyi Partiyasının rəhbərləri ilə də görüşərək vahid komandanın formalaşdırılması ilə bağlı məsləhətləşək.
- Rəsul Quliyev də kifayət aktivləşib. Birliklə bağlı Rəsul Quliyevin tərəfdarları ilə məsləhətləşmələriniz nəzərdə tutulurmu? Qarşı tərəfdən necə, Sizə hər hansı əməkdaşlıq təklifi gəlibmi?
- Açığı onlar tərəfdən bizə əməkdaşlıq təklifi gəlməyib. Bizim hansı üqüvvələrlə məsləhətləşmələrimizə gəlincə, AMİP-də bu barədə qərarlar Siyasi Şurada verilir. Hələlik qərarımız var ki, Müsavat, Ümid, VHP rəhbərliyi ilə görüşüb müzakirələr aparaq. Ancaq qarımız var ki, bu istiqamətdə fəaliyyətimizi davam etdirək. Bu yolda bizə heç kim mane olmur, heç kim də mane ola bilməz. İnanıram ki, 2013-cü il prezident seçkilərinə qədər müxalifətin vahid birliyinə nail olacağıq. AMİP-in bu günə kimi heç bir müxalifət qüvvəsinin bacarmadığı missiyanın öhdəsindən gələcəyinə əminəm.
- İsa Qəmbər, Əli Kərimli, Sərdar Cəlaloğlu və digərlərinin Sizin təşəbbüsünüzlə bir araya gələcəyinə əminlik hardandır?
- Mən ona inanıram. İsa Qəmbərin uzaqgörənliyinə, Əli Kərimlinin coşqunluğu, Sərdar Cəlaloğlunun siyasət elmini dərindən bilməsini nəzərə alaraq, hesab edirəm ki, onların da istəyi ilə müxalifətin vahid birliyinə nail olacağıq. Bizim başqa yolumuz yoxdur. Əgər müxalifət vahid mövqedən çıxış edə bilməsə, məhvə məhkum olacaq. Beynəlxalq təşkilatlar da, Azərbaycan ictimaiyyəti də müxalifət qüvvələrinin bir araya gəlməsi mesajını verir. Bu gün Azərbaycanda bir siyasi durğunluq yaranıb. Camaat bilmir getsin İctimai Palatanı dəstəkləsin, yoxsa ?Qarabağ? blokunu, yoxsa yeni yaranan Hərəkata dəstək versin. Mən də deyiərəm ki, hərə bir blokda olsa da, bir ideya ətrafında birləşək. Ərəblər, hətta qırğızlar belə vahid mövqedən çıxış elədilərö Təklif odur ki, bir araya gələk, birgə mübarizə ilə vəziyyəti dəyişək. Keçid hökuməti yaradaq, iki keçid hökuməti fəaliyyət göstərsin. Sonrada seçki məcəlləsinə, Konstitusiyaya dəyişiklikləri edib yeni demokratik hökumət quraq. Yəni bu mərhələyə kimi bir sıra dəyişikliklər etməliyik. Demokratiyanın əsas prinsipləri qanunun aliliyi və müstəqil məhkəmədir. Bu iki şey olmayandan sonra ansı seçkidən, hansı demokratik mübarizədən danışmaq olar? Ona görə də bir araya gəlib vəziyyəti dəyişməliyik. Unutmamalıyıq ki, 2013-cü il prezident seçkiləri müxalifətin sonuncu şansıdır. Müxalifət bu şansı 2003, 2005, 2010-cu ildə əldən verdi.
Hazırda geopoltik baxımdan da Azərbaycan üçün ürəkaçan bir vəziyyət deyil. Azərbaycanla İran arasında süni gərginlik yaranıb. İran və onu adı ətrafında baş veərənlər Azərbaycan üçün də təhlükə vəd edir. Sözüm ondadır ki, həm daxildə, həm xaricdə vəziyyət olduqca ağırdır və bu ağır durumdan çıxmaq üçün yeganə yol birlikdədir.
- Yusif bəy, müxalifətin geniş birliyi ilə yanaşı, vahid namizəd məsələsini də əhəmiyyətli sayırsınız. Bu günə kimi adını çəkdiyiniz şəxslərin vahid namizədliyi gündəmə gəlib, hər dəfə də şəxsi ambisiyalar üzündən razılıq əldə olunmayıb. Bu dəfə nə gözləyirsiniz?
- Doğrudur, vahid namizəd məsələsi partiyaların vahid mövqedən çıxış etməysinə müəyyən mənada əngəl törədə bilər. Ona görə də önncə ideya ətrafında birləşməliyik. Bizi bir araya gətirəcək kifayət qədər məsələlər var, hamımızın istəyi odur ki, siyasi məhbuslar azad olunsun, normal seçki mühiti yaradılsın. Ondan sonra vahid namizədi də müəyyənləşdirə bilərik. Bu zaman kimin vahid namizəd olması o qədər də önəmli olmayacaq, hamımız biləcəyik ki, öndə olan şəxs vahid mövqeni ifadə edəcək. Ondan mənim xoşum gəlmir, bununla mən yola getmirəm kimi, mənasız yanaşmalardan əl çəkməliyik. Ona görə də müxalifət liderləri ambisiyalarından əl çəkməli, partiyalar qrup maraqlarından deyil, ümummi mənafeyi düşünməlidir və bir ideya ətrafında birləşməlidir, yoxsa birdəfəlik məhv olacağıq. Ambisiya olmalıdır, amma o ambisiya xalqın gələcəyinə həsr olunmalıdır, qanunun aliliyinin təminatına yönəlməlidir.
- AMİP daxilində baş qaldıran narazılıqlar necə oldu?
- Artıq partiynın daxilində heç bir narazılıq yoxdur. Məsələ ondadır ki, AMİP demokratik təşkilat olduğuna görə zaman-zaman alternativ fikirlər ortaya çıxır. Bu fikir ayrılıqları isə müzakirə ilə yoluna qoyulur. Odur ki, narahatlığa heç bir əsas yoxdur.
- Maraqlı məqamlardan biri də odur ki, həm partiya daxilində, həm ümumi düşərgədə bu qədər proseslər baş verir, amma lideriniz Etibar Məmmədovdan səs-soraq gəlmir?
- (Tələsik) Yaxşı olar ki, bunu Etibar Məmmədovun özündən soruşasınız. Mən də, Siyasi Şurada nə vaxt lazım gələndə Etibar bəylə məsləhətləşirik. Onun məsləhətlərinə bizim həmişə ehtiyacımız var. Həm sədrin, həm baş katibin, həm Siyasi Şuranın üzvləri liderlə davamlı olaraq təmasdadırlar. Yəni Etibar bəyin mövqeyi zamanı gələndə dinlənilir və bizim üçün hər hansı bir problem yoxdur.
Z.MƏMMƏDLİ