Müttəfiqlər bir araya gəldilər

img

18-02-2012 [02:01]


Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında VİP sədri Əli Əliyev, Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mayis Gülalıyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında növbəti görüş keçirilib. Görüşdə ölkədəki ümumi vəziyyət, müxalifətdxili inteqrasiya, bu çərçivədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları və cari məsələlər müzakirə olunub. Partiya sədrləri Azərbaycan hakimiyyətinin köklü dəyişikliklər istiqamətində real addımlar atmaq niyyətinin görünmədiyini vurğulayaraq, bu hərəkətsizliyin ölkənin ictimai-siyasi və sosial-iqtisadi problemlərini daha da dərinləşdirəcəyini diqqətə çatdırıblar. AYP, ALP və VİP sədrləri ölkənin əsas müxalifət qüvvələrinin bir arada olmasını Azərbaycanda pozitiv dəyişikliklərin baş tutmasının mühüm şərtlərindən biri kimi önə çəkiblər. Partiya rəhbərləri əsası qoyulmuş üçtərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Görüşün sonunda müzakirə olunan məsələlərə dair uyğun qərarlar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA