Milli Məclis gələn həftə Xocalı soyqırımını müzakirə edəcək

img

17-02-2012 [03:00]


Milli Məclis gələn həftə Xocalı qətliamının 20 illiyi ilə bağlı xüsusi iclas keçirəcək. Bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. İclasda dinləmələr aparılacaq və müvafiq qərarlar qəbul olunacaq. B.Muradova qeyd edib ki, bir çox ölkələrdə artıq Xocalı qətliamına dair qətnamələr qəbul olunub: ?Artıq dünya ölkələrinin çoxu Xocalı soyqırımı barədə məlumatlıdırlar?. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib. 613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA