Qənirə Pazayeva Türkiyədə Xocalı konfransında iztirak edəcək

img

17-02-2012 [02:38]


Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Türkiyəyə yola düşəcək. Qənirə Paşayeva Türkiyənin Dənizli bölgəsində yerləşən Pamukkale Universitetində "20-ci yılında Hocalı Katliamı" konfransında çıxış edəcək. Fevralın 20-də keçiriləcək konfransda Azərbaycandan millət vəkili Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisindən isə milət vəkili Sinan Oğan çıxış edəcək. Onlar tədbir iştirakçılarının suallarını da cavablandıracaq. Konfransın keçirilməsində Xocalı Soyqırımı, Dağlıq Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasına nail olmaq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verməkdir. Tədbir çərçivəsində Qənirə Paşayeva və Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Havva Məmmədovanın yazdığı və Türkiyə türkcəsində çap olunmuş "Hocalı Soykırımı: Tanıkların dilinden" kitabının təqdimatı da keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA