?Qarabağ? bloku ATƏT sədrinin təzəbbüsünü pisləyib

img

16-02-2012 [05:41]


?Qarabağ Bloku?nun son toplantısında ötən həftə ATƏT-in fəaliyyətdə olan sədri İrlandiyanın xarici işlər naziri İmon Gilmorun BMT-nin Təhlükəsizlik Şurasında çıxışı müzakirə olunub. ATƏT ərazisində olan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin uzunmüddətli həllində İrlandiya modelinin tətbiq edilməsi təşəbbüsünü müzakirə edən blok qeyd edib ki, Şimali İrlandiya İrlandiya dövlətinin ərazisidir, İngiltərə isə özünün suverenliyini o ərazidə saxlayır və həmin ərazinin İrlandiyaya birləşməsinin əleyhinə çıxır. Bu konteksdən Qarabağ probleminə yanaşsaq onda belə çıxır ki, Qarabağ Ermənistan ərazisidir, amma Azərbaycan onu nəzarəti altında saxlayır. Bu baxımdan ATƏT sədrinin bu təşəbbüsü qətiyyətlə pislənilib və onun bu mövqeyi Dağlıq Qarabağ problemini yaxından bilməməsi ilə əlaqələndirilib. Eyni zamanda bir daha qeyd edilib ki, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunduğundan beynəlxalq hüquq normalarına görə işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalı və işğalçı tərəf olan Ermənistanın isə işğalın nəticələrindən bəhrələnməsinə yol verilməməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA