Bahar Muradova: ?Hətta bizə qarzı düzmən mövqeyində dayanan dövlətlərlə də...?

img

16-02-2012 [03:05]


?Biz bu il bir neçə ölkədə Xocalı soyqırımının tanınması barədə qərarın qəbul edilməsini gözləyirik?. Bunu parlamentin vitse-spikeri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Milli Məclisdəki dostluq qruplarının üzvləri də bu istiqamətdə səylərini artıracaq, başqa ölkələrin parlamentariləri ilə ciddi iş aparacaqlar. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, o cümlədən Meksika və Pakistanın qanunvericilik orqanlarının Xocalı soyqırımının tanınması barədə qərarları xatırladan Bahar Muradova bildirib ki, müxtəlif ölkələrin ATƏT Parlament Assambleyasındakı deputatlarına Xocalı soyqırımı ilə bağlı müraciətlər göndərilib: ?ATƏT PA-nın qarşıdakı iclasının gündəliyində Xocalı soyqırımı ilə bağlı məsələ salınmayıb. Amma biz Xocalı soyqırımı ilə bağlı həqiqətlərin çatdırılması və bu soyqırımı törədənlərin cəzalandırılması istiqamətində fəaliyyətimizi davam etdiririk?. İranın Azərbaycana nota verməsinə münasibət bildirən Bahar Muradova çətin vəziyyətdə olan İranın qonşu ölkələrlə münasibətdə ehtiyatlı olmasının vacibliyini bildirib: ?İran düşdüyü bu ağır vəziyyətdə qonşuları ilə münasibətdə yumşaq formada desək, ehtiyatlı olmalıdır. Azərbaycanın qonşu dövlətlərlə, hətta bizə qarşı düşmən mövqeyində dayanan dövlətlərlə də beynəlxalq hüquq prinsiplərinə uyğun davrandığını və diplomatik normaları hər zaman gözlədiyini nəzərə alaraq, biz münasibətimizi elə bu qaydada da bildirəcəyik və mövqeyimizi ifadə edəcəyik. İranın bəzi dairələri, o cümlədən rəsmi orqanlar Azərbaycanla ikitərəfli münasibətlərin səviyyəsinə uyğun fikirlərin səsləndirilməsinə çalışmalıdırlar və bu kimi məsələlərdə diqqətli olmalıdırlar. Çünki münasibətlərin qurulması uzun vaxt çəkir, illərlə, onillərlə qurulur. Amma bu münasibətləri bir andaca yox etmək olar. İranın özünün indi düşdüyü vəziyyət onu vadar etməlidir ki, qonşu dövlətlərlə, xüsusən ona dostluq, qardaşlıq münasibəti göstərən Azərbaycanla münasibətlərdə bu məsələləri nəzərə alsın. Əks halda, biz bunu, yumşaq şəkildə desək, çox böyük təəssüf hissi ilə qarşılayarıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA