BAMF Yaponiya hökuməti ilə qrant müqaviləsi imzaladı

img

15-02-2012 [06:40]


Fevralın 15-də Tərtər Rayon İcra Hakimiyyətində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ?Yaponiya Hökumətinin İnkişafa Rəsmi Yardımı? vasitəsilə ?Ot kökləri və İnsan Təhlükəsizliyi? Qrant Proqramı çərçivəsində həyata keçirəcəyi ?Tərtər Regional Peşə və Təlim Mərkəzinin (PTM) təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi? layihəsinin təqdimatı və imzalanma mərasimi keçirilib. Bu məqsədlə regiona səfər edən Yaponiyanın Azərbaycandakı səfiri cənab Şusuke Vatanabe, səfirliyin nümayəndələri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və BAMF-ın sədri Umud Rəhimoğlu tərəfindən qarşılanıb və onlar əvvəlcə BAMF-ın Tərtər Regional Peşə və Təlim Mərkəzinin və PTM-in təsərrüfatının fəaliyyəti ilə tanış olublar. Sonra Tərtər Rayon İcra Hakimiyyətində layihənin təqdimatı və imzalanması mərasimi keçirilib. Mərasimdə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) idarə heyətinin üzvləri və PTM təsərrüfatı yaxınlığında yaşayan icma nümayəndələri də iştirak ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov əvvəlcə rayon haqqında qonağa ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Tərtərdə aparılan geniş abadlıq-quruculuq işlərindən, Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış problemlərdən, rayondakı məcburi köçkünlərin, qaçqınların, o cümlədən cəbhəyanı kəndlərdə yaşayan insanların vəziyyətindən danışıb. Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri cənab Ş.Vatanabe çıxış edib. O, Yaponiya hökumətinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə danışarkən deyib: ?Yaponiya hökuməti Azərbaycanda bir sıra layihələr həyata keçirir. ?Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı? əsasən bələdiyyələrin, sıhiyyə strukturlarının və QHT-lərin Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasına yönələn layihələrini dəstəkləyir.? Səfir bu cür layihələrin yoxsulluğun azaldılmasına, insanların sosial müdafiəsinə, infrastrukturun inkişafına, səhiyyə xidmətinin yaxşılaşdırılmasına və gəlirlərin yüksəldilməsinə yönəlik sahələrdə həyata keçirildiyini vurğulayıb. O, BAMF-la həyata keçirilməsi qərarlaşdırılan bu layihə də daxil olmaqla, indiyədək Azərbaycanda ümumu dəyəri 11,609,101 ABŞ dolları olan 152 layihə müqaviləsi imzalandığını qeyd edib. Səfir Azərbaycanda, xüsusən də Bərdə və Tərtər rayonlarında kənd təsərrüfatı sahəsində böyük potensialın mövcudluğunu və Yaponiya hökumətinin bu istiqamətdə işlər görməyə hazır olduğunu söyləyib. BAMF-ın sədri U.Rəhimoğlu çıxışında Fondun Tərtərdə həyata keçirdiyi müxtəlif layihələr, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə (ANAMA) birgə əməkdaşlıq barədə ətraflı məlumat verib. O, bununla Yaponiya hökuməti ilə sayca 3-cü layihəyə imza atacaqlarını bildirdi: ?Biz regionda Yaponiya hökumətinin dəstəyi ilə iki layihə həyata keçirmişik və ümid edirəm ki, bundan sonra da əməkdaşlığımız davam edəcək. Layihənin əsas məqsədi ABŞ Dövlət Departamentinin dəstəyi ilə 2009-2010-cu illərdə BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində yaradılan Tərtər Regional Peşə və Təlim Mərkəzinin təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsidir. Layihənin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə PTM təsərrüfatından daha çox müharibədən zərər çəkən insanlar və onların ailə üzvləri, qaçqın və məcburi köçkün faydalanacaqlar.? U.Rəhimoğlu BAMF-ın regionda həyata keçirdiyi humanitar layihələrin beynəlxalq donorlarla yanaşı Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, mərkəzi və yerli icra strukturları tərəfindən daim dəstəkləndiyini vurğuladı. Sonra BAMF-la Yaponiya səfirliyi arasında ?Tərtər Regional Peşə və Təlim Mərkəzinin təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi? layihəsinin müqaviləsi imzalandı.

Digər xəbərlər
SON XƏBƏRLƏR