Razi Nurullayev ATƏT-də görüz keçirib

img

15-02-2012 [06:29]


Bu gün AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev ATƏT-in Demokratikləşmə Şöbəsinin rəhbəri Nikolas Deç (Nicholas Detsch) ilə görüşüb. Görüşdə R.Nurullayev ATƏT rəsmisinə ölkədəki ictimai-siyasi vəziyyət barədə geniş məlumat verib. O, vurğulayıb ki, müxalifət olaraq ATƏT-in Azərbaycanın demokratikləşməsi üçün göstərdiyi səyləri təqdir etməklə barəbər, sərbəst toplaşma azadlığının təmin edilməsi üçün hakimiyyətlə səylərini daha da intensivləşdirilməsini istərdik. AXCP rəsmisi daha sonra müxalifətin icazəli aksiyalar keçirmə mümkünlüyü barədə də danışıb. Lakin, bu məsələdə iqtidar qarşılıqlı addım atmalı və aksiyaların keçirilməsi üçün adekvat yerlər təklif etməlidir. Adekvat olmayan yerlərə getmək isə təhlükəsizliyin təmin edilməsi ilə bağlı çətinlik yaradır. Təklif edilən yerlər ən azından minumum standartlara malik olmalı və lazımı şərait də hökumət tərəfindən yaradılmalıdır. AXCP rəsmisi hakimiyyətin təklif etdiyi yerlərin standartlardan kənar olduğunu vurğulayıb və belə yerlərdə nümayişlərin keçirilməsinin mümkünsüz olduğunu deyib. Görüşdə vicdan məhbusları ilə bağlı da məsələ geniş müzakirə edilib. Daha sonra, tərəfləri maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA