Meriya Müsavata qurultay üçün yer verəsi olmadı

img

15-02-2012 [03:27]


Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultayına yer ayrılması üçün partiyanın yanvarın 17-də göndərdiyi müraciətə bu gün cavab verib. Cavab məktubunda BŞİH bildirib ki, Bakı Əl Oyunları İdman Sarayının qurultay üçün ayrılması mümkün deyil. Müsavat başqanının müavini Tofiq Yaqublunun bu barədə verdiyi məlumata görə, BŞİH alternativ yer təklif etməyib. Tofiq Yaqublunun sözlərinə görə, artıq yeni vəziyyət yaranıb və buna uyğun hansı addımların atılacağını Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yığıncağı çağırılaraq qərar veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA