?Deputat-tələbə əməkdazlığı? layihəsinin növbəti qalibləri mükafatlandırılıb

img

15-02-2012 [03:16]


Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən ?Deputat-tələbə əməkdaşlığı? layihəsinin növbəti qalibləri mükafatlandırılıb. Bu gün Milli Məclisdə keçirilən mərasimdə deputat Qənirə Paşayeva qalib tələbələrə mükafatlar təqdim edib. Q.Paşayeva 1-ci və 2-ci yerlərin sahiblərinə noutbuk, 3-cü yeri tutan tələbələrə isə xüsusi mükafat verib. Qeyd edək ki, millət vəkili özünün təqdim etdiyi mövzu ilə əlaqədar Polis Akademiyasının müdavimi Rövşən Rzayevin yazdığı ?Dövlət rəmzlərinin təbliği və vətənpərvərlik ruhu? adlı məqaləni 1-ci yerə layiq görüb. Deputat ikinci yeri BDU-da II kursin magistri Turac Qəhrəmanovanın yazdığı məqaləyə verib. Q.Paşayeva üçüncü yerə iki tələbəninin yazısını layiq görüb. Bunlar Nail Mehdi (BDU-nun 2-ci kurs tələbəsi) və Səbinə Seyidovadır (Qərb Universiteti, IV kurs). Xatırladaq ki, bundan öncə deputatlar Vahid Əhmədov, Jalə Əliyeva, Elmira Axundova da Modern.az saytının ?Deputat-tələbə əməkdaşlığı? layihəsi çərçivəsində özlərinin təqdim etdikləri mövzuya uyğun yazıların müəllifləri olan tələbələr arasından qalibləri seçiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA