ictmai Palata media dinləmələri keçirdi

img

14-02-2012 [03:52]


Bu gün İctimai Palata son zamanlar qəzetlərə təzyiqlərin artması, onların məhkəmələr vasitəsi ilə cərimələnməsi, xüsusən də qəzetlərin yayımına maneələr yaradılması ilə bağlı Dəyirmi Masa ətrafında müzakirələr aparıb. Müsavat Partiyasının qərargahında keçirilən Dəyirmi Masada İP rəhbərliyi, media kapitanları, jurnalist təşkilatlarının rəhbərləri, ziyalılar, mətbuat yayımı firmalarının təmsilçiləri iştirak ediblər. Konfransı giriş sözü ilə açan ?Turan? informasiya agentliyinin direktoru Mehman Əliyev xalqın sözünü hədəfə alınıb maariflənməsini, inkişafına tərəqqisinə qarşı olanları sərt şəkildə tənqid etdi: ?Vəziyyət pisləşib və Elmar Hüseynovun ölümündən sonrakı vəziyyətə bənzəyir. Sanki təkrar olunur. Aparılan siyasət hakimiyyətin qorxutmaq və çərçivəyə salmaq istəyinə bənzəyir. Bu gün mətbuat xüsusilə ? Yeni Müsavat? və ?Azadlıq? qəzetlərinə qarşı dağıdıcı məhkəmə qərarları verilib. Həmçinin Rafiq Tağının ölümü, bu mediaya olan basqının ciddi bir hissəsidir. 120 çap orqanı amma onların gəlirləri yox səviyyəsindədir. Reklam bazarını yox ediblər. Qəzetlərin yayımına qadağaları isə günü-gündən sərtləşdirirlər. Yeni yaradılan köşklərdə isə qəzetdən başqa nə istəsən satırlar. Bütün bunlardan çıxış yolu isə səfərbər olmaq, siyasi partiyalar, QHT-lər, azad sözün tərafdarları, Mətbuat Şurası bu mübarizəyə cəlb olunmalıdır. Mətbuatın inkişafının konsepsiyası hazırlanmaldır?. Daha sonra çıxış edən ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu olduqca çətin, maddi və mənəvi terror əhatəsində çalışdıqlarını qeyd etdi: ?Hazırda mətbuata onun fəaliyyətinə qarşı məhdudlaşdırma proqramı işə salınıb. Cəmiyyətin demokratik kəsimləri, cəmiyyət özü güclü olanda bizə təzyiqlər az olur. Bu gün mətbuat uçuruma gedir. Elmar Hüseynovun ölümündən sonra mətbuata gənclərin axını dayanıb. Artıq valideynlər övladlarının bu peşəyə yiyələnməsini istəmirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA