Aydın Mirzəzadə: "Ermənistan kimi süni yaradılmız dövlətin hər hansı uğurundan danızmağa dəyməz"

img

13-02-2012 [02:32]


?Biz Rusiyadan Ermənistanla yaxşı münasibətlərindən istifadə edərək ərazilərin boşaldılmasını tələb etməyi gözləyirik. Ancaq bununla belə, Rusiyanın vasitəçilik etməsinin özü müsbət bir haldır?. Bu fikirləri YAP Siyasi Şurası üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, böyük dövlətlərdən yalnız Rusiya vaxtaşırı prezidentlərin görüşünü təşkil edir və problemlə bağlı mövqeyini ortaya qoyur. Onun sözlərinə görə, siyasət çox mürəkkəb bir məsələdir və burada birdəfəlik addım atmaq olmur. ?Rusiya xarici işlər nazirinin müavinlərindən biri mütəmadi olaraq bu problemlə məşğul olur. Ona görə də çox istərdik ki, Rusiyanın bu məsələdə münasibəti mövqedən daha çox konkret əməllərə keçsin. Gündəlik və toplanan məsələlər axırda bir nəticəyə gətirib çıxarmalıdır. Qarabağ məsələsində də bu, belə olacaq. Tarix həmişə sonda ədaləti ortaya qoyub və heç zaman başqa torpaqları işğal etmək heç bir dövlətə nə bir başucalığı gətirib, nə də həmin işğal etdiyi torpaqlar ona axıracan nəsib olub. Tarixən böyük imperiyalar işğal etdiyi torpaqlardan sonda imtina etməli olublar. O ki qaldı, Ermənistan kimi süni yaradılmış bir dövlətə, onun hər hansı uğurundan danışmağa dəyməz?- deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA