isa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüzüb

img

09-02-2012 [06:53]


Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında ATƏT-in Bakı ofisinin rəhbəri cənab Koray Tarqayla görüşüb. Görüşdə Qarabağ məsələsi, ölkədəki ictimai-siyasi vəziyyət, insan haqlarının pozulması, sərbəst toplaşma azadlığına qoyulan məhdudiyyətlər, Arif Hacılı və digər vicdan məhbuslarının həbsdə olması, ATƏT-in bu məsələlərdə görə biləcəyi işlər, həmçinin Seçki Məcəlləsinə dəyişiklik edilməsi vacibliyi və Azərbaycan-ATƏT münasibətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb. İsa Qəmbər bu məsələlərdə Müsavat Partiyasının və İctimai Palatanın mövqeyini cənab səfirə bildirib. Müzakirələrdə ATƏT-in Bakı ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri cənab Nikolas Deç, ATƏT-in Bakı ofisinin əməkdaşı Elgün Tağıyev və Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı iştirak ediblər. Tərəflər bu cür müzakirələrin səmərəli olduğunu və gələcəkdə də davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA