Xarici izlər nazirinin müavini ABŞ-da olub

img

08-02-2012 [03:28]


2012-ci ilin 30 yanvar-3 fevral tarixlərində Azərbaycan nümayəndə heyəti Nyu- Yorka səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ibarət idi. Səfərin məqsədi regionda informasiya və kommunikasiya infrastrukturunun inkişafına yönəldilmiş ?Trans-Avrasiya Super İnformasiya Magistralı? (TASİM) layihəsinin həyata keçirilməsi istiqamətində görülmüş işlər haqqında məlumatlandırmanı artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri ilə ikitərəfli məsləhətləşmələr keçirmək idi. Qeyd edilməlidir ki, 2009-cu ildə ölkəmizin təşəbbüsü ilə TASİM layihəsi üzrə BMT Baş Assambleyasında irəli sürülmüş qətnamə layihəsi yekdilliklə qəbul edilmiş və qətnaməyə əsasən Azərbaycan Respublikası Hökumətinə layihənin həyata keçirilməsi üzrə regional səviyyədə səylərin əlaqələndirilməsi tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA