Ötən il 97 jurnalist öldürülüb

img

08-02-2012 [01:41]


Ötən il dünyada 97 jurnalist öldürülüb, 1000-dən çoxu saxlanılıb və 174 nəfəri isə həbs edilib. Bu, Sərhədsiz Reportyorlar Təşkilatının hesabatında deyilir. Hesabatda Türkiyədə 60-dan artıq jurnalistin həbsxanada olduğunu bildirilir. Təşkilatın hesabatına görə, Pakistan bununla ikinci ildir ki, mətbuat azadlığı baxımından dünyanın ən təhlükəli ölkəsi seçilib. Ötən il Pakistanda 10 jurnalist öldürülüb, 3 jurnalist isə həbs edilib. Pakistandan sonra dünyada mətbuat azadlığının ən təhlükəli olduğu ölkələr Meksika, Honduras, Çin, Eritrea, Somali, Əfqanıstan sıralanır. Təşkilat 2011-ci ildə 2010-cu illə müqayisədə dünyada öldürülən, həbs edilən, saxlanılan, hökumət və ya cinayətkar qruplaşma tərəfindən təzyiq və təhdidlərə məruz qalan jurnalistlərin daha çox olduğunu açıqlayıb. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA