Mehriban Əliyeva fransalı senatorlarla görüzüb

img

08-02-2012 [12:10]


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri senator xanım Natali Qulenin başçılıq etdiyi senatorlardan ibarət nümayəndə heyəti ilə görüşüb. Mehriban Əliyeva Fransa Senatında qondarma ?erməni soyqırımı?nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qəbul edilməsinin Azərbaycan cəmiyyətində narazılıq doğurduğunu bildirib. Azərbaycanın birinci xanımı bu qanunun müzakirəsi zamanı tutduqları ədalətli mövqeyə görə senatorlara təşəkkür edib, habelə ümidvar olduğunu bildirib ki, Konstitusiya Şurası demokratiyaya və söz azadlığına zidd olduğuna görə bu qanunun qüvvəyə minməsinə imkan verməyəcək. Xanım Natali Qule isə göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib. Fransalı senator ümidvar olduğunu bildirib ki, o və dostluq qrupundakı digər senatorların ümumi səyləri nəticəsində bu istiqamətdə aparılan işlər nəticəsini verəcək, iki ölkə arasında münasibətlər bundan sonra da inkişaf edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA