ADP respublikanın adını dəyizməyin əleyhinədir

img

07-02-2012 [04:11]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkəmizdə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri ilk növbədə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin İndoneziyada keçirilən sammitində Xocalı soyqırımını tanıyan qətnamə qəbul etməsini alqışlayıb və hakimiyyəti XX əsrin ən dəhşətli soyqırımı olan bu qanlı cinayətin daha geniş miqyasda tanınması istiqamətində beynəlxalq səyləri artırmağa və eləcə də ölkə daxilində Xocalı soyqırımı ilə bağlı dövlət səviyyəli tədbirlərin həyata keçirilməsi üçün praktik addımlar atmağa çağırıb. İdarə Heyəti üzvləri Fransa Senatında qondarma ?erməni soyqırımı?nın inkarına görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul edilməsinə etiraz olaraq bir qrup senatorun bu qanun layihəsinin ləğv edilməsi üçün Konstitusiya məhkəməsinə müraciətinə baxmayaraq adı çəkilən ölkənin prezidenti N.Sarkozinin məzkur qanunun qəbul etdirilməsi üçün yenidən təşəbbüslə çıxış etməsi barədə səsləndirdiyi bəyanatı qətiyyətlə pisləyib və bu cür mövqenin arxasında onun Türkiyə və bütövlükdə türk dünyasına qarşı olan patoloji nifrətinin durduğunu diqqətə çatdırıb. İdarə Heyəti üzvləri Suriyada səngimək bilməyən qanlı olaylardan bir daha ciddi narahat olduğunu bildirib və BMT TŞ-nın daimi üzvü olan Cin və Rusiyanın öz veto hüququndan istifadə edərək Suriyada yaşanan qırğınların durdurulmasına hesablanan beynəlxalq müdaxilənin qarşısını alma cəhdlərini qətiyyətlə pisləyib və veto hüququndan sui-istifadə hallarının qarşısının alınması üçün bu qurumda təmsil olunan dövlətlərin veto hüququnun ləğv edilməsi təklifi ilə çıxış edib. İdarə Heyəti üzvləri Avropa Birliyinin son on ildə Dağlıq Qarabağla bağlı aparılan siyasətin uğursuzluğa düçar olması barədə açıqladığı hesabata münasibət bildirib və ciddi narahatçılıq yaradan bu faktın dövlət rəsmilərinin guya DQ probleminin həlli istiqamətində beynəlxalq uğurlar qazanılması haqqında səsləndirdiyi iddialarla ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb və hakimiyyəti xarici siyasətimizin əsas prioriteti sayılan Qarabağ məsələsində real zəminə əsaslanan siyasət yürütməyə çağırıb. İdarə Heyəti üzvləri ölkə başçısının Almaniya səfərində ABŞ dövlət katibi H.Klintonla keçirdiyi görüş zamanı dövlət bayrağımızın əvəzinə başqa bir bayraq nümayiş etdirilməsindən ciddi narahat olduğunu bildirib və ölkə başçısını Azərbaycan dövlətçiliyinin əleyhinə yönələn bu hadisəyə kəskin mövqe bildirməyə çağırıb. İdarə Heyəti üzvləri son vaxtlar Milli Məclisdə Azərbaycan dövlətinin adının dəyişdirlərək Şimali Azərbaycan Respublikası adlandırılması ilə bağlı səslənən təkliflərə münasibət bildirib və bu cür ideyaların olduqca zərərli nəticələrə gətirib çıxaracağından ciddi narahat olduğunu diqqətə çatdırıb. Belə ki, Lissabon sammitində məlum uğursuzluqdan sonra ATƏT üzvü olan dövlətlərin Dağlıq Qarabağın Azərbaycana məxsus olması məsləsində bitərəflik nümayiş etdirməsi ölkəmizin suverenliyinə qarşı yönələn fakt olaraq qüvvədə qalmaqdadır. İndiki halda dövlətin adının dəyişdirilməsi həm də BMT-də Azərbaycan dövlətinin yenidən tanınması problemini tələb edir. Bu zaman böyük çoxluğun DQ-ın Azərbaycan ərazisi kimi tanınmasında bitərəf qalacağı və ya əleyhinə çıxacağı ölkəmizi real təhlükə ilə üz-üzə qoya və yeni adla tanınan Azərbaycanı Qarabağın tanınmasına gətirib şıxara bilər. Bu isə DQ-ın beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın suverenliyindən çıxarılması deməkdir. Partiya yetkililəri millət vəkillərini siyasi xarakterli bəyanatlarda məsuliyyətli olmağa və dövlət başçısını konstitusiya öhdəliklərini yerinə yetirməyə, ölkə ərazisinin itirilməsinə gətirib çıxara bilən bu cür avantürüst ideyalara adekvat reaksiylar verməyə səsləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA