Deputatlarımız Avropa Şurası ilə Avropa ittifaqının tədbirində iztirak edəcəklər

img

07-02-2012 [01:00]


Milli Məclisin deputatları Qənirə Paşayeva və Sahibə Qafarova Şərq Tərəfdaşlığına Dəstək Proqramı çərçivəsində Tbilisidə Avropa Şurası ilə Avropa İttifaqının birgə həyata keçirdikləri tədbirdə iştirak edəcəklər. Tədbirdə müzakirə olunacaq mövzuları Gürcüstan parlamenti ilə Mərkəzi Seçki Komissiyası rəhbərliyinin, eləcə də Avropa Şurası ilə Avropa İttifaqının bu ölkədəki nümayəndəliklərinin təmsilçiləri təqdim edəcəklər. Sonra ?Seçkilərdə və siyasi partiyalarda qadınların iştirakı?, ?İş və ailə həyatının uzlaşdırılması?, ?Media sahəsində gender balansı? mövzuları ətrafında müzakirələr aparılacaq. İctimai həyatda qadınların iştirakına şərait yaratmaq üçün konkret tədbirlərin görülməsi məqsədilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan ölkələrin qadın parlamentarilərinin təcrübələri və təklifləri öyrəniləcək. Fikir mübadiləsinin yekununda hər üç mövzu istiqamətində fəaliyyət proqramları hazırlanacaq. Deputatlarımız müzakirələrdə yaxından iştirak edəcək, Azərbaycanın müvafiq təcrübəsini bölüşəcəklər. Səfər fevralın 9-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA