?Avroviziya? ərəfəsində paytaxtımızın paytaxtı daha da gözəlləzir

img

07-02-2012 [12:25]


Bu ilin may ayında Bakıda keçiriləcək ?Avroviziya-2012? mahnı müsabiqəsinə hazırlıqla bağlı paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda şəhərimizin simasının gözəlləşdirilməsinə yönəlmiş geniş miqyaslı təmir-tikinti və abadlıq işləri aparılır. Ölkəmizin uğurla başa vurduğu 2011-ci ildə iqtisadiyyatın bütün sahələrində həyata keçirilən böyük layihələrlə yanaşı geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri də aparılmışdır. Avropanın ən möhtəşəm musiqi müsabiqəsi olan ?Avroviziya? mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qalib gəlməsi ölkəmizin mədəni həyatında çox əlamətdar bir hadisə olmuş və paytaxtımızda aparılan quruculuq işlərinin daha da genişlənməsinə böyük təkan vermişdir. Azərbaycan nümayəndələri, Səbail rayonunun orta məktəblərinin məzunları olan Nigar Camal və Eldar Qasımov cütlüyünün bu müsabiqəsində qalib gəlməsi Azərbaycanın paytaxtı Bakı şəhərinə sayca 57-ci ?Avroviziya? mahnı müsabiqəsinin keçirilməsi hüququnu qazandırmışdır. Ona görə də bu ilin mayında baş tutacaq mahnı müsabiqəsinin keçiriləcəyi məkan olan Səbail rayonunda və ətraf ərazilərdə geniş miqyaslı işlər həyata keçirilir. Əsas məqsəd bu müsabiqənin layiqincə keçirərək Azərbaycanın güclü potensialını bütün dünyaya obyektiv şəkildə nümayiş etdirməkdir. İlk növbədə Dövlət Bayrağı Meydanı yaxınlığında Almaniya şirkətləri tərəfindən 23 min tamaşaçı yerlik ?Baku Cristal Hall?ın tikintisi çox böyük sürətlə aparılır. Aparılan işləri diqqət mərkəzində saxlayan ölkə başçısı cənab İlham Əliyev və müsabiqənin təşkilat komitəsinin rəhbəri, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva bu il yanvar ayının 12-də tikinti ərazisində olaraq burada aparılan işlərin gedişatı ilə tanış olmuşlar. Hazırda həmin ərazidən keçən Bakı-Ələt avtomobil yolunun tikintisi, burada yeni infrastrukturun yaradılması, Bakı Bulvarının Bayraq Meydanına kimi uzadılması işləri aparılır. Müsabiqə ərəfəsində Bakıda yeni mehmanxanaların tikintisi də davam etdirilir. 2011-ci ildə rayon ərazisində istifadəyə verilmiş ?Hilton-Baku? mehmanxanası ilə yanaşı hazırda Azneft Meydanında yeni ?Four Seasons? və Neftçilər prospektində ?Marriot? (Abşeron) mehmanxanalarının, Mehdi Hüseyn küçəsində misli görünməmiş ?Flame Tower? (Alov qüllələri) kompleksinin tikintisi başa çatmaq üzrədir. Bu gün ?Şəhidlər Xiyabanı? Kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri aparılır, burada Həzi Aslanovun abidəsi yenidən qurulur, Parlament prospektində yeni yeraltı keçid inşa edilir, şəhərimizin simvollarından biri olan Bakı Funikulyorunun tam şəkildə yenidən qurulması, Səbail rayonunun rəmzi olan ?Qız qalası?nda bərpa və konservasiya işləri aparılır. Milli Bulvarda genişmiqyaslı yenidənqurma işləri və Bulvarın genişləndirilməsi, burada Xalça muzeyinin tikintisi və ?Kiçik Venesiya? şəhərciyinin salınması, mərkəzdə binaların üzlənməsi və fasadların təmiri aparılır ki, bu da şəhərimizin çoxsaylı qonaqlarında xoş təəssürat oyadacaqdır. Keçən il Səbail rayonunda ?Bakıelektrikşəbəkə? ASC-nin ?Badamdar?, ?Dağüstüpark?, ?İçərişəhər? yarımstansiyalarının, Bayılda Qafur Məmədov adına parkın, 6 saylı tam orta məktəbin, Fikrət Əmirovun abidəsinin və parkın, Azərbaycan Dövlət Mahnı Teatrının binasının, Neftçilər prospektində 6 ədəd yeni piyada keçidlərinin, Dövlət Dəniz Administrasiyasının yeni inzibati binasının açılış mərasimləri keçirilmiş, İçəri şəhərdə ?Arxeoloci park? adlı istirahət güşəsinin və dahi rəssam Əzim Əzimzadənin büstünün açılışı keçirilmişdir. Hazırda Dövlət Musiqili Komediya Teatrının, ?Səadət sarayı?nın və Dövlət Filarmoniyasının binalarında əsaslı təmiri aparılır, Xalq şairi Səməd Vurğunun ev-muzeyinin də əsaslı təmirinə başlanmışdır. Bu gün Badamdar qəsəbəsində MTN-nin yeni Hospitalının, Bakı Oksford məktəbi üçün yeni tədris korpusunun, Zərifə Əliyeva küçəsində ?İş Adamları Mərkəzi?nin, Neftçilər prospektində yeni yeraltı keçidin, yeni ?İçərişəhər?, ?Yeni Bayıl? və ?Bayraq Meydanı? yarımstansiyalarının, İncəsənət Muzeyi üçün əlavə korpusun, ?Azadlıq? Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qaracların, 20-ci yaşayış sahəsində ?Neftçi? İdman-Sağlamlıq Mərkəzinin Bibiheybət stadionunun əsaslı təmir-yenidənqurması və burada yeni müasir stadionun, Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə ?Cənub? mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisi işləri aparılır. Qeyd olunanlarla yanaşı Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonun qəsəbələri və yaşayış sahələrində geniş abadlıq və təmir-tikinti işləri aparılır. Belə ki, ?Abad həyət? layihəsi çərçivəsində daha 3 həyətlə təmir işləri aparılmış, 2 yeni xeyir-şər evi tikilmiş, 1-i təmir olunmuş, 2 uşaq bağçası təmir olunub, 2 istirahət guşəsi, 2 park yaradılmış, Səlyan şossesi 32 ünvanda piyadalar üçün keçid tikilərək istifadəyə verilmişdir. Hazırda Badamdar qəsəbəsində ümummilli liderimiz Heydər Əliyevin əzəmətli büstü ucaldılacaq Heydər Əliyev parkında əsaslı təmir-yenidənqurma işləri aparılır. il ərzində 5 orta, 1 peşə məktəbində, 1 liseydə, 2 uşaq yaradıcılıq mərkəzində, 1 məktəbin dam örtüyündə əsaslı təmir aparılmış, 1 musiqi məktəbi sökülərək yenidən tikilir, 1 məktəb təmir olunur. Həmçinin 1 məktəb üçün əlavə tədris korpusu və 1 məktəb üçün isə idman və akt zalı olan korpus inşa olunur. Bütün bu tədbirlər paytaxtımızın paytaxtı olan Səbail rayonun daha da gözəlləşməsi və Azərbaycanın dünyanın bir çox ölkələrində daha yaxından tanınması və onun təbliğində böyük rol oynayacaq mahnı müsabiqəsinin müvəffəqiyyərlə keçirilməsinə yönəldilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA