Əvəz Temirxan: "Azərbaycan Konstitusiyasına dəyizikliklər edilməlidir"

img

06-02-2012 [07:08]


"Hələ SSRİ mövcud ikən və daha sonra ALP lideri Lalə Şövkət xanım 1948-53 illərdə Stalin rejiminin Ermənistandan deportasiya etdiyi və Ermənistan hakimiyyətinin öz tarixi torpaqlarından etnik təmizləməyə məruz qoyaraq, qovduğu azərbaycanlıların hüquqlarını ardıcıl olaraq müdafiə etmiş, onlara deportasiya olunmuş xalq statusunun verilməsini və Ermənistan tərkibində Dağlıq Qarabağ erməniləri ilə "simmetrik statusun", Göyçə-Zəngəzur muxtariyyətinin verilməsini təklif etmişdir". Bu fikirləri MİA-ya açıqlamasında ALP sədri Əvəz Temirxan deyib. Partiya sədri daha sonra bildirib ki, "Təəssüf ki, uzun müddət bu təklif nə iqtidar, nə də müxalifət partiyaları tərəfindən dəstəklənməmişdir. Əksinə Ermənistan azərbaycanlılarının hüquqlarını məhdudlaşdıran bir sıra qərarlar qəbul edilmişdir". "Nəhayət, keçən həftə Azərbaycan iqtidarı Yeni Azərbaycan Partiyasının sədr müavini, MM deputatı Əli Əhmədovun timsalında Milli Məclisin yaz sessiyasında Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqi statusu haqqında sənədin hazırlanmasını təklif etmişdir. İqtidar nümayəndəsinin deportasiya olunmuş azərbaycanlıların hüquqlarının müdafiəsinə yönəlmiş bu təşəbbüsü təqdirəlayiq hesab etmək olar",-deyə Əvəz bəy bildirib.. ALP sədri hesab edib ki, Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının Ermənistan tərəfindən Qarabağ münaqişəsi kontekstindən kənar tanınması, bərpa olunması və təhlükəsizlikləri ilə birgə təmin olunmasına dair Ermənistanın üzərinə beynəlxalq öhdəliklərin qoyulmasına nail olunmalıdır: "Bu məsələdə iqtidar və müxalifət eyni mövqedən çıxış etməli, Ermənistan azərbaycanlılarının Azərbaycanda vətəndaş hüquqlarının müdafiəsinə dair Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməli, eyni zamanda onlara Ermənistan tərkibində muxtariyyət verilməsi milli ideologiyamızın vazkeçilməz tərkib hissəyə çevrilməlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA