AiDP sədri Pakistanın ölkəmizdəki səfiri inayətullah Kakara təzəkkür edib

img

02-02-2012 [04:33]


Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayətullah Kakara təşəkkür ünvanlayıb. AİDP sədri Tahir Abbaslı Pakistan Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri soyqırımı kimi tanımasını yüksk dəyərləndirib. Bu hadisə Müsəlman dövlətlərinə və digər demokratik dövlətlərə yaxşı nümunə oldiğunu qeyd edib. AİDP sədri bir daha iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və dini əlaqələrin inkişaf etdirilməsinə ehtiyac olduğunu, bu prosesin ümumilikdə müsəlman dünyasını əhatə etməsinin vacibliyini bildirib. Xatırladırıqki, çərşənbə günü Pakistan Senatının Beynəlxalq münasibətlər komitəsinin iclasında 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən törədilən faciəli hadisələrin soyqırım kimi tanınması barədə qətnamə yekdilliklə qəbul edilib. Bu barədə Trend-ə qətnamənin təşəbbüskarı senator Hacı Qulam Əli İslamabaddan telefonla bildirib. Bu komitənin qərarı əsasdır və Senatın özünün qərarı hesab edilir. Sənəddə göstərilir ki, Senat Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalını və 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən soyqırımı pisləyir. Senat bir daha Azərbaycan ərazilərinin toxunulmazlığını təsdiqləyir və onun beynəlxalq çərçivədə qəbul olunmuş sərhədlərini tanıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA