Heydər Əliyev Fondu imkansız gənclərə toy etdi

img

02-02-2012 [03:54]


Heydər Əliyev Fondu Azərbayan Gəncləri günü ərəfəsində paytaxtın Səbail rayonunda valideyn himayəsindən məhrum olmuş Tofiq Əhədov üçün toy mərasimini təşkil edib. Səbail rayon sakini, yetkinlik yaşına çatmayan Tofiq Əhədov İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən himayəyə alınmış, onun yaşayışına, təhsilini başa vurmasına, sonradan isə işlər təmin olunmasına köməklik göstərilmişdir. Mərasimin Azərbaycan Gəncləri günü ərəfəsində keçirilməsi Səbailli gənclərin sevincini daha da artırmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə ?Neolit? şadlıq sarayında təşkil olunan gözəl bayrama həsr olunmuş təntənəli tədbirdə rayonun istehsalatda, təhsildə, ictimai, elmi-pedaqoci fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələrini, çoxsaylı qonaqlar dəvət olunmuşdur. Təntənəli mərasimdə Heydər Əliyev Fondunun nümayəndələri Məhəbbət Mehdiyeva və İlqar Mustafayev iştirak etmişlər. Fondun nümayəndəsi Məhəbbət Mehdiyeva öz çıxışı zamanı qeyd etmişdir ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Ümummilli liderimiz Heydər Əliyev 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı, 1996-cı il fevralın 2-də imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin ?Gənclər ili? elan edilməsi, ?Azərbaycan Gəncliyi Dövlət Proqramı? təsdiqi, Gənclər Fondunun yaradılması həmin işlərin bir hissəsidir. Yeniyetmə və gənclərlə aparılan işlər həm də Heydər Əliyev Fondunun və onun rəhbəri Millət vəkili Mehriban xanım Əliyevanın gündəlik fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Fondun və onun Prezidenti Mehriban xanım Əliyevanın gənclərə olan qayğısı, onların respublikamızın layiqli vətəndaşı olmaları üçün görülən işlər və xüsusilə kimsəsiz uşaq və gənclərin cəmiyyətə inteqrasiası, onların həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu günkü mərasimin keçirilməsi də bu istiqamətdə görülən işlərdən biridir və mərasimin keçiriləməsi ilə bağlı bütün hazırlıq və təşkilati məslələr Heydər Əliyev Fondu tərəfindən görülmüşdür. Fondun nümayəndələri yeni ailə həyatı quran gənclər ? Tofiq və Elinanı Heydər Əliyev Fondu və Fondun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın adından təbrik etmiş, onlara xöşbəxtlik və ailə səadəti arzulamış və Heydər Əliyev Fondu tərəfindən gənc ailəyə qiymətli hədiyyələr təqdim olunmuşdur. Gənc Tofiq Əhədov ona göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdi. Tədbirdə Səbail rayonunun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur. Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı ilə başa çatmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA