?Qarabağ? Siyasi Blokunun növbəti toplantısı keçirilib

img

01-02-2012 [04:40]


Bu gün ?Qarabağ? Siyasi Blokunun növbəti toplantısı keçirilib. Toplantıda ötən həftə ərzində dünyada və ölkədə baş verən bir sıra mühüm hadisələr ətrafında müzakirələr aparılıb. Toplantı iştirakçıları ilk öncə bir daha Fransa Senatında ?erməni soyqırımı?nın inkarına görə cəzanı nəzərdə tutan qanunun qəbulundan sonra yaranmış situasiyanı, ölkəmizin maraqlarına toxunan bu qanuna Azərbaycan ictimaiyyətindən verilən reaksiyaları müzakirə etmiş, tanınmış kinodramaturq, ictimai xadim R.İbrahimbəyovun Fransa Senatının fundamental insan hüquq və azadlıqlarına qarşı yönələn qondarma ?erməni soyqırımı? ilə bağlı qəbul etdiyi ədalətsiz qərara etiraz olaraq adı çəkilən ölkənin ona verdiyi ?İncəsənət?ordenindən imtina etməsinin vacibliyi diqqətə çatdırıb. Toplantı zamanı Xocalı soyqırımının ildönümü ilə əlaqədar məsələlər müzakirə olunmuş, təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu dəhşətli cinayətlə bağlı Xocalı soyqırımı barədə qanunun qəbul olunması və beynəlxalq məhkəməyə müraciət olunması üçün Azərbaycan hakimiyyətinə müraciət qəbul olunub. Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidenti D.Medvedevin vasitəçiliyi ilə Soçidə keçirdiyi görüşün nəticələrinə münasibət bildirən toplantı iştirakçıları bu məsələdə heç bir nailiyyətin əldə edilmədiyini, görüşün yalnız protokol xatirinə keçirildiyini qeyd etməklə yanaşı, Qarabağ problemi ətrafında yaranmış son situasiya bu problemin sülh yolu ilə həll olunması üçün artıq yeni bir yanaşmanın ortaya qoyulmasını diqtə edildiyi bildirilib. Ötən həftə Rusiyanın baş naziri V.Putinin miqrasiya qanunu ilə tətbiq olunan cəzanı sərtləşdirmək ? ?miqrantların rus dilini bilməklə yanaşı, rus ədəbiyyatı və tarixini də minimum səviyyədə bilməli, bu bilgiləri isə bir növ, imtahan qaydasında sübuta yetirmək? təklifi də toplantıda müzakirə olunan məsələlər sırasında olub. Toplantı iştirakçıları hesab edib ki, V.Putinin bu təklifi miqrantlarla bağlı beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etməklə yanaşı Rusiyada çiçəklənməkdə olan millətçiliyin təzahürüdür. Müzakirə olunan məsələlər sırasında son vaxtlar ölkə boyu, o cümlədən paytaxt Bakıda soyuqların başlaması və yağıntıların artması nəticəsində ortaya çıxan sosial problemlər də diqqətdə olub. Toplantı iştirakçıları ölkə rəhbərliyini vətəndaşların təbii hadisələrdən doğan təhlükəsizliyinin qorunması üçün tədbirlər görməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA