Aybəniz Hazımova: "Bu səfər məni çox həvəsləndirib"

img

01-02-2012 [04:04]


"Bu səfər məni çox həvəsləndirib. İnşallah fevralın 13-də Moskvaya yola düşürəm. Oradan qayıdan kimi böyük konsertin hazırlıqlarına başlayacam". Əməkdar artist Aybəniz Haşımova bu sözləri Naxçıvan MR-da verdiyi konserti haqqında deyir. ANS PRESS-in məlumatına görə, Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova 30 yanvarda Naxçıvan Muxtar Respublikasının Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edib. Naxçıvan Dövlət Filarmoniyasının dəvəti ilə Muxtar Respublikaya yola düşən müğənninin solo konserti uğurla keçib. Bundan həvəslənən əməkdar artist böyük konsert proqramı ilə tamaşaçıların qarşısına çıxmağı planlaşdırır. 13 fevralda Moskvaya yola düşəcəyini söyləyən Aybəniz xanım, geri qayıtdıqdan sonra dərhal konsert hazırlıqlarına başlayacağını bildirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA