Oqtay Əsədovdan sərt təpki

img

01-02-2012 [02:01]


[b]"Fransa həmsədrlik üçün mənəvi haqqını itirib, hüquqi haqqını itirməyib"[/b] Milli Məclisin yaz sessiyasının ilk iclasında bəzi deputatlar Fransanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədrliyindən çıxarılmasına dair təkliflər səsləndiriblər. Milli Məclisin sədri Oqtay Əsədov həmin təkliflərə münasibət bildirib. Spiker deyib ki, Fransa qondarma ?erməni soyqırımı? ilə bağlı qanun qəbul etməklə həmsədrlik üçün mənəvi haqqını itirib, lakin hüquqi haqqını itirməyib: Biz müəyyənləşdirməliyik ki, Fransanın uzaqlaşdırılmasının hüquqi forması necədir. Bu bizim istəyimizdən asılı məsələ deyil. Məsələ gündəmdədir, Azərbaycan və Türkiyə birlikdə bunun üçün bütün vasitələrdən istifadə edir və edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA