ALDP prezident seçkilərinə hazırlığa bazlayır

img

30-01-2012 [03:07]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə Rəyasət Heyətinin və Sədr Aparatının partiyanın 13 illiyinə həsr olunmuş birgə iclası keçirilb. Öncə ALDP-nin ilk sədri Zakir Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər qeyd ediblər ki, bu 13 il ərzində partiya yaxşı nailiyətlər əldə edib. Baxmayaraq ki, yaranan gündən müstəqil fəaliyyətə üstünlük verən ALDP həmişə müxalifət qüvvələrin birliyini arzulayıb. Və bu gün ALDP müxalifət partiyalarını birləşdirən ən böyük və güclü olan Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) üzvüdir. ?Bu 13 il ərzində partiyanı tərk edənlər də olub, amma buna baxmayaraq partiya yeni rayon təşkilatları təsis edib və yeni üzvlər qəbul olunub. Partiyanın beynəlxalq əlaqələri inkişaf etməkdədir. Ölkədə keçirilən bütün seçkilərdə iştirak etmişik. Bu seçkilərdə qarşımıza qoyduğumuz məqsədlərə çatmasaq da seçki təcrübəmizi zənginləşdirmişik. Partiyamızın inkişafına bəzi qüvvələr tərəfindən maneələrə baxmayaraq biz tutduğumuz yoldan dönməmişik? - deyə ALDP sədri Fuad Əliyev qeyd edib. İclasın sonunda 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinin başlanması tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA