TQDK-nın orta məktəb müəllimlərinə təklifi var

img

27-01-2012 [02:48]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) xüsusi diqqət yetirdiyi sahələrdən biri də qəbul imtahanlarına fərdi qaydada müstəqil hazırlaşan abituriyentlərə metodiki kömək göstərilməsidir. Qlobal şəbəkənin verdiyi imkanlardan yararlanan Komissiya 2010-cu ildən bu istiqamətdə yeni layihə həyata keçirməyə başlayıb. Təcrübəli ekspertlərin qəbul imtahanı fənləri üzrə videomühazirələri hazırlanır və Komissiyanın internet saytında yerləşdirilir. Hazırda bu layihə üzərində təkmilləşdirmə işləri həyata keçirilir. Yeni videomühazirələrin hazırlanmasında iştirak etmək istəyən müəllimlər TQDK-ya müraciət etməklə bu layihənin iştirakçısı ola bilərlər. Həmin şəxslərdən orta ümumtəhsil müəssisələrində müvafiq fənn üzrə qüvvədə olan tədris proqramlarını və dərslikləri dərindən bilən, bu sahədə müəyyən göstəriciləri olan, yüksək pedaqoji məharəti, səlis nitq qabiliyyəti, müasir təlim bacarıqlarına malik olanlar seçilərək qəbul proqramlarına uyğun mövzular üzrə videomühazirələrin hazırlanmasına cəlb olunacaqlar. TQDK bəyan edib ki, bu prosesdə iştirak etmək istəyən müəllimlər özlərinə aid məlumatları ? çalışdığı orta məktəb, pedaqoji stajı və s. fotoşəkili ilə birgə [email protected] elektron poçtuna göndərə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR