Pərviz Mahmudovun mahnısı türk sənətçi tərəfindən ifa olundu

img

26-01-2012 [04:17]


Gənc bəstəkar Pərviz Mahmudovun mahnısı türk sənətçisi tərəfindən ifa edilib. Bəstəkar MİA-ya açıqlamasında ?Sevdanın yolları? adlı kompozisiyanın sevilən türk müğənnisi Ayla İşılın repertuarına daxil edildiyini deyib. Mahnının sözləri Leyli və Ayşe Birgül Yılmaza məxsusdur: ?Mənim bu işlərimdə Türkiyədə Ayşe Birgül Yılmaz məşğul olur. Ayşə xanımla məni dostumuz bəstəkar və aranjemançı Hakan Erol tanış edib. Ayşə xanım mənə türk müğənnilərindən birinin bu mahnını bəyəndiyini dedi və mən də onun ifa etməsi üçün razılıq verdim. Ayla İşıl bu mahnını öz tərzində ifa edib və fikrimcə yaxşı alınıb. Ayşə xanım artıq musiqisi mənə məxsus olan bir neçə mahnının sözlərini yazıb. Gələcəkdə də bu xanımla işbirliyimiz davam etdirəcəyik?. ?Sevadanın yolları? Ayla İşılın bu yaxınlarda işıq üzü görəcək yeni albomunda yer alıb. Kompozisiya artıq radio dalğalarında səslənməyə başlayıb. Pərviz Mahmudov haqqında fikirlərini bölüşən türkiyəli sevilən söz yazarı Ayşe Birgül Yılmaz bəstəkarın Türkiyə musiqi aləmində də populyar olacağına və seviləcəyinə əmin olduğunu deyib. O, gələcəkdə də Pərvizlə yaradıcılıq işlərini davam etdirəcəyini açıqlayıb: ?Pərvizin mahnılarının məşhur türk sənətçiləri tərəfindən də ifa edilməsinə çalışıram. Gələcəkdə türk müğənniləri ilə Pərvizin duet ifalarının da olmasını nəzərdə tutmuşuq?. Yeri gəlmişkən, Pərviz Mahmudov bu yaxınlarda rəsmən ?Türk musiqisinin sənətçisi? adını alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA