Təkamül Partiyasından da etiraz gəldi

img

25-01-2012 [11:47]


Azərbaycan Təkamül Partiyası (ATP) Fransa Senatında qondarma ?erməni soyqrımı?nı inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsini tarixin kobud saxtalaşdırılması, ümumbəşəri dəyər olan söz və ifadə azadlığınna qəsd, bəzi üzdəniraq fransız siyasətçilərinin şəxsi maraqlarından irəli gələn riyakarlıq nümunəsi olduğunu bəyan edərək qətiyyətlə pisləyir! Bu hərəkəti ilə Fransa bir daha özünün türk düşmənçiliyini və erməni təəsübkeşliyini, Türkiyəyə, bütövlükdə türk dünyasına, o cümlədən Azərbaycana etinasız yanaşdığını, atdığı addımın özü üçün nəticəsiz qalacağına əminliyini açıq şəkildə büruzə verdi. ATP Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünun Fransa Senatında məlum qanun layihəsinin muzakirə edildiyi günə salınmasını, bu görüşdə hər üç prezident tərəfindən Minsk Qrupunda təmsil olunan dövlətlərin, o cümlədən Fransanın, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində rolunun yüksək qiymətləndirilməsini Azərbaycanla Türkiyə arasında narazılıq yaradılmasına daha bir cəhd hesab edir. ATP Azərbaycanın yaranmış vəziyyətə adekvat addımlar atmasının, Fransanın ATƏT-in Minsk Qrupundan dərhal kənarlaşdırılması təşəbbüsü ilə çıxış etməsinin, daima Türkiyənin yanında olduğunu bir daha qeyd etməsinin, Fransa ilə əlaqələrə yenidən baxılmasının vacibliyini bir daha bəyan hesab edir və ümidvar olduğunu bildirir ki, Azərbaycanla Türkiyənin birgə fəaliyyəti türk düşmənlərinin riyakar hərəkətlərinin qarşısının alınmasına imkan verəcəkdir

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA