"Oskar" mükafatına namizədlərin adları açıqlanıb

img

24-01-2012 [10:11]


2012-ci ilin ?Oskar? mükafatına namizədlərin adları açıqlanıb. Ən yaxşı aktrisa və aktyor nominasiyaları üzrə Meril Strip və Corc Kluninin şansları daha yüksəkdir. Meril Strip "Dəmir Ledi", Corc Kluni isə "Varislər" filmindəki roluna görə "Oskar"a namizədlər sırasındadır. Bu nominasiyalar üzrə aktyorlardan Demiyan Bişir, Jan Düjardin, Qari Oldmen və Bred Pit, aktrisalardan isə Qlen Klouz, Vayola Devis, Runi Mara və Mişel Uilyams var. Ən yaxşı rejissor nominasiyasına Mixel Hazanaviçus, Aleksandr Peyn, Martin Skorseze, Vudi Alen, Terrens Malik namizəddir. "Artist", "Xidmətçi", "Riskin həddi", "Parisdə gecəyarı", "Ayrılıq" filmləri isə ən yaxşı ekran əsərləri nominasiyadadır. Ən yaxşı xarici film nominasiyasında Belçikadan "Yaramaz", İsraildən "Qeyd", Kanadadan "Misyö Lazar", Polşadan "Qaranlıqda" və İrandan "Ayrılıq" filmləri mübarizə aparacaq. Mükafatların təqdimat mərasimi fevralın 26-da keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA