Əyyub Quliyevun dirijorluğu ilə Azərbaycan musiqisinə həsr olunmuz gecə keçiriləcək

img

23-01-2012 [12:46]


2012-ci il fevralın 11-də Rusiyanın Yaroslavl şəhərinin Dövlət Filarmoniyasının böyük zalında Azərbaycan musiqisinə həsr olunmuş təntənəli gecə keçiriləcək. Həmin gecədə Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru, Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatçısı Əyyub Quliyevun dirijorluğu ilə Yaroslavl Dövlər Filarmonik orkestri çıxış edəcəkdir. Konsertin əsas təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi və Yaroslavl Dövlət Filarmoniyasıdır. Filarmonik orkestrin ifasında ilk dəfə olaraq dahi Azərbaycan bəstəkarı Qara Qarayevin ?Don Kixot? simfonik qravürləri və görkəmli müğənni və bəstəkar, professor Polad Bülbüloğlunun ?Eşq və ölüm? baletindən fraqmentlər dinləyicilərə təqdim olunacaqdır. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, bu, Polad Bülbüloğlunun baleti əsasında tərtib olunmuş simfonik nümunələrin ilk ifası olacaqdır. Konsertdə dirijor Əyyub Quliyevlə bərabər Moskva Dövlət Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı, pianoçu Aleksandr Koryakin də çıxış edəcəkdir ? gənc pianoçunun təqdimatında Edvard Qriqin fortepiano və orkestr üçün konserti səslənəcək. Proqramın 2-ci bölməsində isə dünya simfonik musiqisinin ən parlaq və mürəkkəb əsərlərindən biri olan Hektor Berliozun ?Fantastik simfoniyası? ifa olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA