Yanvarın 25-də ?Eurovision 2012?-nin rəmzi açarı Hacıbala Abutalıbova veriləcək

img

21-01-2012 [01:43]


Yanvarın 25-də "Eurovision" mahnı müsabqiəsinə ev sahibliyi edən Bakıda bir neçə təntənəli mərasim keçiriləcək. Həmin gün ?Buta Palace?da "Eurovision"nun Açar Təqdimetmə, müsabiqədə təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və "Eurovision" mahnı müsabiqəsi 2012-nin loqo və şüarının prezentasiyası olacaq. Müsabiqənin əsas mərasimlərindən olan bu mərasimdə "Eurovision 2011"-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision" müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı "Eurovision 2012"yə ev sahibliyini rəsmən qəbul edəcək. ?Buta Palace? da keçiriləcək Açar Təqdimetmə mərasimindən sonra "Eurovision 2012"də yarımfinallarda iştirak edəcək 37 ölkə arasında püşkatma olacaq. Həmçinin "Böyük beşliyin" (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və keçən ilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalı yayımlayacağı və səsvermədə iştirak edəcəyi də müəyyən olunacaq. Yarımfinal mərhələlərində iştirak edən ölkələrin "Eurovision 2012"də çıxış ardıcıllığı isə mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq. Tədbirin vacib məqamlarından biri isə "Eurovision 2012"nin konsepsiyasının təqdimatı olacaq. Möhtəşəm "Eurovision" axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanacaq. 2004-cü ildən etibarən "Eurovision" içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli logosu var. Buna baxmayaraq hər il ev sahibi olan ölkə həmin loqoya dəstək olaraq öz loqosunu, başqa sözlə müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir. Qeyd edək ki, "Eurovision 2012"nin ilk təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri iştirak edəcək. Xatırladaq ki, Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" mahnı müsabiqəsində qələbə qazanaraq Avropanın məşhur yarışmasına ev sahibliyi hüququ əldə edib. May ayının 22, 24-də "Eurovision 2012"nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən 5 ölkə-Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA