ictimai Palata zəhidləri ziyarət etdi

img

20-01-2012 [04:20]


Bu gün İctimai Palataya daxil olan siyasi partiyaların lider və funksionerləri, eləcə də fərdi qaydada İP üzvü olan tanınmış şəxslər, sıravi adamlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar vaxtilə Məşədi Əzizbəyovun heykəlinin olduğu dairədə toplaşaraq kolon şəkildə şəhidlərin xatirəsini yad etməyə yollanıblar. İctimai Palatanın Koordinasiya Şurasının bütün üzvləri, habelə onlara qoşulmuş yüzlərlə insan ziyarətdə iştirak edib. Şəhidlərin əbədi xatirəsinə ehtiram olaraq İP adından hazırlanmış hüzn çələngi xiyabanındakı əbədi məşəlin önünə qoyulub. Milli-azadlıq hərəkatının üzvləri öz hərəkat yoldaşlarını şəhadət günündə onlara rəhmət diləyib, ruhlarına dua oxuyub, yaxınlarına başsağlığı veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA