Nəzakət Məmmədova Röyanı, Aygün Kazımovanı, Faiq Ağayevi, Elza Seyidcahanı ittiham etdi

img

19-01-2012 [06:49]


İl yarımdır gözdən iraq düşmüş müğənni Nəzakət Məmmədova ilk albomu, klipi və "partlayış"a səbəb olacaq telelayihə üzərində işləyirmiş. Bu və digər məsələlərlə bağlı maraqlı açıqlamalar verən sənətçi efirdə görünməsə də, əksər tədbirlərə qatıldığını dedi: "Əfsuslar olsun ki, xeyriyyə aksiyalarında əməkdar və xalq artisti adı alan, hər gün efirlərdə olan bir çox populyar müğənnilərimizi görmürəm. Bu yaxınlarda özüm də xeyiyyə tədbiri təşkil etdim. Yaşına, adına, sənətinə hörmət bəslədiyim üçün adını çəkmək istəmədiyim xalq artistimiz, Prezident təqaüdçümüz xəstə olduğunu bildirərək gəlmədi. Amma onu həmin gün efirdə konsertlərin birində canlı yayımda gördüm. Efir müğənniləri çəkiliş olan tədbirlərə tez gəlirlər. Halbuki, biz ehtiyacı olanlar üçün çıxış edirik. Çoxları xeyriyyə tədbirindən pul, ya da xeyir güdür. Röyanı, Aygün Kazımovanı, Faiq Ağayevi, Elza Seyidcahanı bu tədbirlərdə görməmişəm". Bu yaxınlarda keçirilən xeyriyyə tədbirlərinin birinə isə əməkdar artist Baloğlan Əşrəfov gələrək deyib ki, mənə xeyli pul verirdilər, amma başqa yerə getmədim: "O, bu sözləri, gəlişilə, sanki, kiməsə minnət qoyurdu". Müğənni deyir ki, bu gün üzdə olanların əksəriyyəti gündəmə sənətlə gəlməyib: "Bəzilərinin heç səsi də yoxdur, amma özlərini elə dartırlar ki... Səsim çoxunun səsindən artıqdır. Amma sponsor gücünə, yaxud soyunmaqla tanınmaq istəmirəm. Səhnəyə asan yolla gələnlər sənəti soyunmağa çevriblər. Röya, Rəqsanə, Cəmilə və başqaları tanınmaq üçün soyunublar... Yeri gələndə, soyunsam, çoxlarından da artığam. Dərim hamının dərisindən gözəldir. Amma tam soyunmaq gözəllik deyil. Kişilərə belə qadınlar maraqsız olur". Sənətə öz gücümə, sürünə-sürünə gəldiyini bildirən Nəzakət xanım deyir ki, istəmirəm, sabah hansısa kişi səhnəyə onun gücünə gəldiyimi desin: "Tanınmaq, əli pula çatmaq üçün hər yola getmək düzgün deyil. İnsanın əqli, düşüncəsi olmalıdır. Amma gündəmdə olan sənətçilərimizin əksəriyyəti normal cümlə qura bilmirlər, çünki savadları yoxdur. Efir bambılılıq, ağzına gələni danışmaq üçün deyil. Millət bunlardan iyrənib. Artıq insanlar başa düşüb ki, onlara səs - Şövkət, Rəşid kimi oxuyanlar lazımdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA