Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüzüb

img

19-01-2012 [05:44]


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov partiyanın mənzil qərargahında Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytmen ilə görüşüb. YAP-ın mətbuat xidmətindən verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycanla Böyük Britaniya arasında dinamik inkişaf edən əməkdaşlıq münasibətlərinin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Ə.Əhmədov görüşdə YAP-ın yaranma tarixi, keçdiyi inkişaf yolu və Azərbaycanın ictimai - siyasi həyatındakı mövqeyi barədə səfirə ətraflı məlumat verib. Görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Adrian Lee və YAP İcra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA