"Eurovision-2012"də iztirak edəcək ölkələrin adı açıqlandı

img

17-01-2012 [05:15]


Azərbaycanın ev sahibliyi edəcəyi ?Eurovision-2012? mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb. Bu ilin may ayında Bakıda keçiriləcək 57-ci "Eurovision" Mahnı Müsabiqəsində iştirak etmək üçün 43 ölkə müraciət edib. Bunların sırasında müsabiqəyə ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya da var. Həmçinin müsabiqədə son 3 ildə iştirak etməyən Çernoqoriya da builki yarışmaya qatılıb. Bununla da "Eurovision"da iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illlərdəki rekordu təkrarlayıb. "Eurovision" mahnı müsabiqəsinin Baş prodüseri Yan Ola Sand 2012-ci ildə müsabiqədə yenidən 40-dan artıq ölkənin iştirak etməsindən məmnun olduqlarını bildirib. "Bu ölkələr may ayında Azərbaycanı və onun xalqını daha yaxından tanımaq və əlbəttə ki, dünyanın ən möhtəşəm şousunun bir hissəsi olmaq üçün Bakıda toplaşacaq". "Eurovision 2012"də iştirak edəcək ölkələrin siyahısı. 1.Albaniya 2.Ermənistan 3.Avstriya 4.Azərbaycan 5.Belarus 6.Belçika 7.Bosniya və Herseqovina 8.Bolqarıstan 9.Xorvatiya 10.Kipr 11.Danimarka 12.Estoniya 13.Finlandiya 14.Fransa 15.Makedoniya 16.Gürcüstan 17.Almaniya 18.Yunanıstan 19.Macarıstan 20.İslandiya 21.İrlandiya 22.İsrail 23.İtaliya 24.Latviya 25.Litva 26.Malta 27.Moldova 28.Monteneqro 29.Niderland 30.Norveç 31.Portuqaliya 32.Rumıniya 33.Rusiya 34.San Marino 35.Serbiya 36.Slovakiya 37.Sloveniya 38.İspaniya 39.İsveç 40.İsveçrə 41.Türkiyə 42.Ukrayna 43.Böyük Britaniya Polşanın ictimai yayımçısı TVP Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına qərar verib. Yan Ola Sandın sözlərinə görə, Polşanın bu ilki müsabiqəyə qatılmaması 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı təşkilatçı yayımçı TVPi-nin işinin gərginliyi ilə əlaqədardır.#601;dard

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA