"Cangüdənlər olmasaydı, Rəqsanəni çox pis döyəcəkdilər"

img

12-01-2012 [12:09]


"Cangüdənlər olmasaydı, Rəqsanəni çox pis döyəcəkdilər." Bu sözlər Zorik kimi tanıdığımız rejissor Zöhrab Ağayevə məxsusdur. Klipmeyker Zöhrab Ağayev müsahibəsində müğənni Rəqsanənin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında döyülməsi ilə bağlı açıqlama verdi: "Əgər Rəqsanə özü təsdiqləyirsə, mən də bu barədə danışa bilərəm". İnsident zamanı Rəqsanənin yanında olduğunu təsdiqləyən Zorik müğənnini qarşılamağa getdiyini deyir: "Rəqsanə Kiyev - Bakı reysi ilə Xarkovdan toy məclisindən qayıdırdı və mən onu qarşılamağa getmişdim. Məndən başqa iki cangüdən onu qarşılayırdı. Bəli onlar tərəfindən (Faiq və Fərid Azayev qardaşlarını nəzərdə tutur.) hücum, əlbəyaxa dava olmuşdu. Faiq və Fərid bizim, daha doğrusu Rəqsanənin üstünə hücum edib, söyməyə, yumruq atmağa başladılar. Düzdür onlar Rəqsanəni təpiklərinin altına salıb döyməsələr də, Rəqsanəyə bir-iki yumruq da dəymişdi. Rəqsanənin bəxti onda gətirdi ki, yanında cangüdənlər var idi. Cangüdənlər olmasaydı, Rəqsanəni çox pis döyəcəkdilər. Onlar olmasaydı, sözsüz ki, daha betər olacaqdı".(anspress)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA