Sənətlə gözəlləzən həyat

img

06-01-2012 [02:36]


Mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən sənət kurslarında ?Türk sənətləri haqqında bilgilər? mövzusunda silsilə seminarlar start götürdü. İlk seminarın mövzusu ?Ebru və hüsnü xətt? sənətinə həsr olundu. Seminar iştirakçıları - Dövlət və bələdiyyə idarə etməsi bölməsinin ?Xüsusi istedadlar? qrupu ebru və hüsnü xətt sənəti haqqında geniş məlumat aldılar. Ebru kursunun müəllimi Təranə Məmmədova ebru sənətinin tarixi, inkişaf mərhələsi ,ebru növləri və onun tətbiq olunduğu yerlərlə bağlı dolğun məlumat verdi. Təranə xanım qədim ebru sənəti ustalarından hatib Mehmet Əfəndi, Şebek Mehmet Əfəndi,Hikmət Barutçugil, Fuat Başar kimi ebru sənətinin müasir dövrümüzdəki məşhur ustaları hakkında danışdı.Tələbələr Ebru sənəti ilə praktik məşğul olaraq eyni zamanda iki ibrətamiz hekayə dinlədilər. Hüsnü xət sənətinin təməli, tarixi, inkişaf mərhələləri, hüsnü xət üslubları: kufi yazı, sülüs yazı, nəsih yazı, muhakkak yazı, rika yazı, tevki yazı, talik yazı çeşidləri haqqında dr. Arzu Məmmədova geniş melumat verdi. Hüsnü xət üçün istifadə edilən materiallar: kağız, qələm və mürəkkəbin necə hazırlanması qaydaları izah edildi. Xət yazmaq üçün istifadə edilən kağız göstərildi ki, bu da tələbələrin diqqətini xüsusilə cəlb etdi. Hüsnü xət sənətinin Osmanlı dövləti zamanında daha da inkişaf etməsi və məşhur xəttatlar haqqında məlumatlar verildi. Osmanlı sultanlarından III. Ahmed, II. Mahmud ve Abdulməcid kimi qabaqcıl, bacarıqlı xəttatların xət yazıları tələbələrin böyük marağına səbəb oldu. Günümüzün istedadlı xəttatları Ali Alparslan, Hasan Çelebi, Hüseyin Kutlu, Fuat Başar və bu ustadların yetiştirdiyi xəttatların, bu bənzərsiz sənəti yeni zirvələrə qaldıran əsərləri video slaydlarla göstərildi. Hüsnü xət sənətının istifadə edildiyi yerlər, memarlıq abidələri, daxili tərtibatda istifadəsi haqqında videokadrların nümayişi ilə birlikdə məlumat verildi. Xarici ölkələrdə təşkil olunan Xət sənəti yarışmalarında müxtəlif yazı çeşidlərində mükafata layiq görülmüş xət yazıları göstərildi, bu sənətlə məşğul olan xəttatların nə qədər səbrli, təmkinli, təmiz və diqqətli, öz işinə hörmətlə yanaşmaq xüsusiyyətinin olması, kamil bir insan olmaq üçün bu keyfiyyətlərin vacibliyi önə çəkildi. Seminarda insanın hansı sənət sahibi olursa olsun vətənini sevməyi, tarixinə sahib çıxmağı, öz işinə hörmətlə yanaşmağı, nizam-intizamlı olmağı, həm işi, həm də xarakteri ile gözəl olmağını təlqin edən xoş bir söhbət aparıldı. Seminar tələbələrə sənətlə gözəlləşən, sevgi və həyat dolu bir həyat yaşamaları arzusuyla başa çatdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA