Seyid Tahir Qarabaği Prezidentə təzəkkür etdi

img

31-12-2011 [12:14]


Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, ?İmamzadə? ziyarətgahının mütəvəllisi Seyid Tahir Qarabaği Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubun yazılmasında məqsəd Prezidentin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə" kompleksinin milli memarlıq ənənələrimizə uyğun şəkildə təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması barədə verdiyi sərəncamına Gəncə dindarlarının təşəkkürünü çatdırmaqdır. Məktubu təqdim edirik: TƏŞƏKKÜR MƏKTUBU Hörmətli cənab Prezident! Sizin Gəncəyə diqqət və qayğınız qədim şəhərimizin sabahını şəfəqləndirir, şəhərin əhalisində böyük ruh yüksəkliyi yaradır. Bütün xalqımız kimi gəncəlilər də əmindirlər ki, Sizin həyata keçirdiyiniz düzgün siyasi xətt ancaq bir ali məqsədə - Azərbaycanımızın, o cümlədən bizim şəhərimizin daha gözəl, daha da qüdrətli olmasına xidmət edir. Həyata keçirilən düzgün siyasi xətt artıq özünü doğruldub. Ölkəmiz bu gün regionun ən dinamik inkişaf edən ölkəsidir. Hörmətli cənab Prezident! Gəncə camaatı ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə Sizin yorulmaz fəaliyyətinizin şahididir. Siz milli mənəvi dəyərlərin, dini və mədəni abidələrin qorunub saxlanmasına çox böyük diqqət və qayğı göstərən şəxsiyyətsiniz. Sizin genişmiqyaslı fəaliyyətiniz bütün müsəlmanlar, o cümlədən Gəncə dindarları tərəfindən yüksək qiymətləndirilir və onların qəlbində mənəvi dəyərlərə yüksək diqqətin ifadəsi kimi əks-səda tapır. Bizim üçün çox vacib və şərəflidir ki, Sizin soykökünüzdən qaynaqlanan mənəviyyata hörmət hissi bu gün Zati-alilərinizin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində ləyaqətlə davam etdirilir. Tam əminliklə deyə bilərəm ki, Sizin məqsədyönlü fəaliyyətiniz sayəsində yaranmış ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, dini tolerantlıq Heydər Əliyev məktəbinin tarixi və mütərəqqi ənənələrindən qaynaqlanan uğurlu siyasətin məntiqi nəticəsidir. Hörmətli cənab Prezident! İcazənizlə, ?İmamzadə? Ziyarətgahının bərpası üçün verdiyiniz göstəriş üçün Gəncə dindarları və şəxsim adından Sizə dərin təşəkkürümü bildirim. İcazə verin, fürsətdən istifadə edərək böyük sevinc və hörmət hissi ilə Sizi 50 illik yubileyiniz və Dünya Azərbaycanlılarının həmrəyliyi münasibətilə səmimi qəlbdən təbrik edək və Sizə cansağlığı və gələcək fəaliyyətinizdə böyük uğurlar diləyək. Biz dindarlar Azərbaycan xalqının firavanlığı və sabitliyin bərqərar olması naminə Sizin səylərinizi tamamilə dəstəkləyirik. İnşallah, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya səviyyəsində daha böyük uğurlar qazanacaqdır. Dərin hörmət və ehtiramla, Abbasov Tahir Yunis oğlu (Hacı Seyid Tahir Qarabaği)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA