BQP: ?Azərbaycan Fransa ilə münasibətlərini yenidən sərfnəzər etməlidir?

img

23-12-2011 [02:34]


?Bu gün Fransa Məclisi insanın fikir və ifadə azadlığına qarşı yönəlik qanunu təsdiq etməklə köklü demokratik ənənələrə, qabaqcıl ictimai fikirlərlə zəngin olan keçmişi ilə ziddiyyət təşkil edəcək bir addıma imza atmış oldu?. Bu fikirlər Böyük Quruluş Partiyasının bəyanatında yer alıb. Bəyanatda bildirilir: 1915 ?ci il erməni soyqırımını inkar etməyə görə 1 il həbs və ya 45 min euro məbləğində cəzanı nəzərdə tutan qanunun qüvvəyə minməsi üçün onun senat tərəfindən qəbulu və prezident tərəfindən imzalanması qaldı ki, indiki şərtlər daxilində bu o qədər də çətin olamayacaq. Belə bir antidemokratik, insan hüquq və azadlıqlarına daban-dabana zidd olan qanunun tələsik qəbul edilməsi əksəriyyət tərəfindən düşünülən kimi indiki prezidentin qarşıdakı seçki maraqlarından və Türkiyə Cümhuriyyətinin istər iqtisadi, istərsə də xarici siyasi uğurlarından doğan qısqanclığından qaynaqlanmaqdadır. Hansı səbəblə izah edilməsindən asılı olmayaraq, belə bir qərarın qəbul edilməsinin normal məntiqlə izahı mümkün deyil. Əgər doğrudan da türk xalqı digər millətlərə qarşı dözümsüz davranmış olsaydı, sağlam düşüncəyə görə, bu millətin sonrakı nəsillərinin də zaman-zaman eyni davranış sərgiləməsinə şahidlik etməliydik. Ancaq necə olur ki, soyqırımda ittiham olunan xalqın içərisində bu gün on minlərlə erməni öz etnik kimliyini mühafizə etməklə bütün hüquqlardan istifadə edərək rahat yaşaya bilir və Türkiyəni heç bir ölkə ilə dəyişmək istəmir. Eyni sözlər həmçinin Azərbaycana da aiddir. Ancaq, Soyqırıma məruz qalması ilə məzlum libasına bürünən xalqın içərisində isə fərqli etnik qrupa rast gəlmək mümkün deyil. Bu faktın özü hansı tərəfin faşist millətçi, irqçi təfəkkürə malik olmasını açıqca sübut etmirmi? Məsələyə başqa tərəfdən yanaşdıqda bu dünya ermənilərinin ardıcıl və koordinasiyalı təbliğatının növbəti bəhrəsidir və Türkiyə-Azərbaycan lobbiçiliyinin bundan ciddi nəticə çıxaracağı dərslər vardır. Təsəvvür edin! Milyardlarla insanın inandığı və yoxluğunun əks arqumentlərlə sübut edilməsi mümkün olmayan Allahın varlığını inkar etmək, yüzminlərlə müsəlmanın peyğəmbərini təhqir etmək fikir və düşüncə azadlığı hesab edilir, uydurmaları inkar etməksə cinayət sayılır. Oxşar qərarları bir neçə Avropa ölkəsi də qəbul edib və Fransa orta əsrlərə məxsus qərarı qəbul edən yəqin ki, sonuncu ölkə olmayacaq. Böyük Quruluş Partiyası Fransa Ölkə Məclisinin bu qərarını qətiyyətlə pisləyir və vaxtilə dünyanın azadlıq simvolu hesab edilən ölkəyə bu qərarı qara ləkə hesab edir və bunu orta əsrlər inkivizisiya cəzalarının özünəməxsus bərpası kimi dəyərləndirir. Azərbaycan ən yaxın müttəfiqi olan Türkiyə ilə bu məsələdə ciddi həmrəylik nümayiş etdirməli, Fransa ilə münasibətlərini yenidən sərfnəzər etməli, və qardaş ölkə ilə razılaşdırılmış addımlar atmalıdır. Çünki, ümumi həm də kifayət qədər güclü düşmənə qarşı mübarizədə uğur əldə etmənin ən vacib şərti düşünülmüş, ardıcıl, fasiləsiz, mütəşəkkil və yaxşı uzlaşdırılmış koordinasiyalı siyasətin aparılmasıdır. Bundan daha ağır faktlarla qarşılaşmamaq üçün hər il milyonlarla vəsait ayrılan və bu vaxtadək ciddi nəticələri olmayan Disporla İş üzrə Dövlət Komitəsinin imkanlarından, ayrı-ayrı özəl təşkilatların bu sahədəki fəaliyyətindən maksimum yararlanmaq lazımdır.Ermənilərin xalqımızın başına təkcə son yüzillikdə gətirdikləri vəhşilikləri özümüz üçün gah təbliğat, gah da antitəbliğat materialına çevirməkdən nəhayət ki, əl çəkməli, bu faktları dünya dövlətləri, parlamentləri, hökumətləri, beynəlxalq təşkilatlar qarşısında israrla qaldırmalı və lazımi nəticələr əldə edənədək davam edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA