AiDP 2011-ci ili uğursuz sayır

img

30-12-2011 [11:08]


?2011-ci ili ölkəmiz üçün uğurlu saya bilmərik. Bütün sahələrdə ciddi problemlər hələ də qalmaqdadır?. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı deyib. Onun sözlərinə görə, bu il ərzində Dağlıq Qarabağ danışıqlarında heç bir irəliləyiş əldə olunmadı: ?Bundan başqa hakimiyyət ərəb ölkələrində inqilablar başlayanda maaş artımı ilə bağlı verdiyi vədin arxasında durmadı. Əvvəlki illərdə olduğu kimi 10 faizlik artımla kifayətləndi. Bu isə cəmiyyətdə ciddi narazılığa səbəb olub. Bu faktor bir daha göstərdi ki, indiki iqtidar əhalinin sosial durumunu yaxşılşdırmaq niyyətində deyil. Bundan başqa insan haqlarının pozulması halları davam etdi. Müxalifətçi gənclərin, istiqlalçı deputat Arif Hacılının müstəqilliyimizin 20-ci ildönümündə həbs olunması, prezidentin jurnalistlərin həbs olunmamasına dair xüsusi tapşırığının olmasına rəğmən ?Xural? qəzeninin baş redaktoru Əvəz Zeynallının tutulması buna misal ola bilər. Bu il ərzində ən ciddi problemlərdən biri də vətəndaşların mülkiyyət hüququnun kobud şəkildə pozulması oldu. İki faktı, Qış bulvarı adı ilə Heydər Əliyev sarayının arxasındakı binaların sökülməsi, üstəlik mülkiyyətçilərə az pul ödənilməsi, etiraz edənlərin döyülməsi, həbs olunması, həmçinin ARDNŞ-in qoçularının Sulutəpədə mülkiyyət sahiblərinə qarşı amansız davranmasını misal göstərmək olar?. AİDP sədrinin fikrincə, neft gəlirləri hesabına ÜDM-in həcmi artsa da qeyri-neft sektorunda inkişaf olmayıb: ?Ölkədə ikirəqəmli infilyasiya hökm sürməkdədir. İnsanların maaşı infilyasiyanın yeminə çevrilib. Üstəlik metroda gediş haqqının əsassız olaraq artırılması insanların maddi və psixoloji durumuna mənfi təsi etdi?. T.Abbaslı sadalanan problemlərin fonunda paytaxtda və bölgələrdə abadlaşdırılmanın aparılması diqqəti cəlb etmir:?Milyonlarla vəsaitin bu layihələrə xərclənməsi maaşı cüzi dolanışığına çatmayan əhalinin ürəyincə deyil?. AİDP sədrinin fikrincə, hakimiyyətin ən ciddi qüsuru korrupsiyaya qarşı başladılan mübarizənin heç bir işə yaramaması oldu: ?Nəticə göstərdi ki, hakimiyyət bu kampaniyanı görüntü xatirinə həyata keçirib. Hesab edirəm ki, bu proses uğursuzluğa düçar oldu?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA