iqbal Ağazadə Türkiyəyə iclasa getdi

img

19-12-2011 [01:45]


Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Türkiyənin paytaxtı Ankara şəhərində TÜRKPA-nın iclasında iştirak etmək üçün qardaş ölkədə səfərdədir. Partiyanın mətbuat xidmətindən mia-ya daxil olan məlumata görə, ?TÜRKPA-ya üzv olan dövlətlərin milli parlamentlərinin və parlamentarilərin konstitusiya sistemində funksiyası, vəzifəsi və rolu? mövzusu müzakirə olunacaq. İclasda, quruma üzv dövlətlərin parlamentlərinin hüquq sahəsində qanunvericilik bazasının inkişafı və bu sahədə təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq məsələlərinə toxunulacaq, həmçinin quruma üzv ölkələr arasında daha sıx əlaqələrin yaradılması, əməkdaşlığın inkişafına mane ola biləcək hüquqi prosedur qaydaların aradan qaldırılması məsələləri müzakirə olunacaq. Bundan başqa Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin müxtəlif partiyalarda və siyasət adamları ilə ikitərəfli görüşləri gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA