Müxalifət yeni hərəkat yaradır

img

29-12-2011 [09:27]


Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında KXCP, ACP, Aydınlar, Azadlıq partiyalarının rəhbərləri, Vətəndaş Hərəkatı Forumunun təmsilçiləri və istiqlalçı deputatlarının iştirakı ilə görüş keçirilib. KXCP-nin mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, keçirilən görüşdə yeni hərəkatın yaradılması barədə ilkin birgə müzakirələr aparılıb. Müzakirələr zamanı indiyə qədər keçirilmiş ikitərəfli görüşlərin nəticələri təqdir olunub. Görüşdə digər siyasi partiya, ictimai təşkilat və fərdlərin yaradılması nəzərdə tutulan hərəkatda təmsil olunması haqqında məlumatlar da müzakirə edilib. Müzakirələr zamanı növbəti görüşün keçirilməsi 2012-ci ilin yanvar ayının 6-na təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA