Təkamül Partiyasından etiraz bəyanatı

img

27-12-2011 [12:04]


Azərbaycan Təkamül Partiyası (ATP) Əlcəzairdə və digər keçmiş müstəmləkə ölkələrində dəhşətli soyqrım törədən, ancaq özünü ?mələk? qismində təqdim etməyə çalışan Fransanın qanunverici orqanında qondarma erməni soyqrımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsini riyakarlıq, türk düşmənçiliyinin, Türkiyənin dünyada artan nüfüzüna kölgə salmaq cəhdlərinin, erməni yaltaqlığının bariz nümunəsi hesab edərək qətiyyətlə pisləyir! Bu qanun layihəsinin qəbul edilməsi, əslində, erməni faşistlərinin XX əsrin əvvəllərində Türkiyə, İran və Azərbaycan ərazilərində, eləcə də ən yaxın tariximizdə Xocalıda türklərə qarşı törətdikləri soyqrımları ört-basdır etmək, erməni faşizminin törətdikləri cinayətləri unutdurmaq cəhdindən başqa bir şey deyildir. ATP bəyan edir ki, bu cür insanlığa zidd hərəkətlərlə şərəfli türk xalqına böhtanlar atmaq, onu törətmədiyi əməllərdə suclamaq və beynəlxalq aləmdə nüfuzdan salmaq mümkün olmayacaqdır! ATP, Fransanın hakim dairələrinin Türkiyəyə qarşı zaman-zaman sərgilədikləri düşmənçilik hisslərinin açıq müstəviyə keçməsindən təəsüfləndiyini bildirir və hesab edir ki, bu cür münasibətin sərgilənməsi, ilk növbədə, Fransanın özünə, onun beynəlxalq aləmdəki nüfuzuna ciddi ziyan vuracaqdır. ATP Fransanın insanlığa, insanların ifadə azadlığına, türkçülüyə qarşı hərəkətlərinə cavab olaraq Türkiyə Cümhuriyyətinin atdığı bütün addımları dəstəkləyir və hesab edir ki, Azərbaycan da Fransa ilə münasibətlərə yenidən baxmalı və reallıqda daim Türkiyənin yanında olduğunu bütün dünyaya nümayiş etdirməlidir. ATP bəyan edir ki, bu hərəkəti ilə Fransa, Azərbaycan - Ermənistan münasibətlərində də tərəfsiz olmadığını bir daha açıq şəkildə nümayiş etdirməklə faktiki olaraq özünü ATƏT-in Minsk Qrupunun həmsədri kimi oyundankənar vəziyyətə salmışdır. Ona görə də, ATP, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri statusundan məhrum edilməsi üçün Azəzbaycanın məsələ qaldırmasını və onun reallaşdırılması üçün bütün vacib hərəkətlərin həyata keçirilməsinin zəruriliyini bir daha bəyan edir!

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA