Zeynəb Xanlarova: "Mən palçığa düzənlərin arxasınca getmədim"

img

28-12-2011 [01:09]


"Nə qədər ki, Zeynəb yaşayır, mahnıları ilə, səsi ilə, boğazı ilə yalandan mikrofon tutanlara meydan oxuyacaq. Nəyim varsa, xalqıma verəcəm. Məni qaldıran xalqdır, məni dünyaya çatdıran xalqdır. Mən həmişə millətimə, xalqıma borcluyam!? Bu sözlər llirik soprano səsi və gözəlliyi ilə dünyanı heyran etmiş, sağlığında belə əfsanəvi kimi qəbul edilən Azərbaycan qızı Zeynəb Xanlarovaya məxsusdur. Qondarma müğənnilərin səhnələrə yol açması ilə əsl sənətkarlar xalqın gözündə bir daha ucaldı. "Yaşa Azərbaycanım" deyə Yer kürəsini gəzən sənətkar öz canlı abidəsini hər bir azərbaycanlının qəlbində sağlığında yaradıb. Bu gün 75 yaşını qeyd edən SSRİ xalq artisti Zeynəb Xanlarovaya olan xalqın sevgisi illərin üstünə illər gəldikcə daha da artır, daha da möhkəmlənir. Danışmağı sevməyən Zeynəb xanımın iki il öncə ANS PRESS-ə verdiyi müsahibənin bir hissəsini təqdim edirik: [b] - Zeynəb xanım, jurnalistlərə niyə belə əlçatmazsınız?[/b] - Mən çox danışmağı sevmirəm. Sözümü sənətimlə demişəm, nəyinizə gərəkdir danışmağım? [b]- Danışmağı sevməsəniz də, söylədiyiniz fikirlər xalqın ürəyindən səs verir?[/b] - Bəs millətin vəkili olmaq nə deməkdir? Əgər mən xalqımın maraqlarını müdafiə etmirəmsə, xalqım kimi düşünmürəmsə, orada nə işim var. Rəhmətlik Heydər Əliyev deyirdi ki, "Sən danışanda mən dincəlirəm. Çünki sən xalqın dilində danışırsan". Xalq məni özüm olduğum üçün sevir. Yəni Zeynəbin bir üzü var. Camaat obraza girən insanları görməkdən yorulub. Mən xalqın dilində danışıram. [b]- Qadın bu sənətdə xoşbəxt ola bilər?[/b] - Əgər qadın özünü düzgün aparacaqsa, xoşbəxt ola bilər. Necə ki, mən bu sənətdə ola-ola xoşbəxtəm. Çünki mən palçığa düşənlərin arxasınca getmədim. Elə bilirsiniz, mən sənətə gələndə bəzi hallar yox idi?! Var idi, amma mən özümün və sənətimin səviyyəsini qoruyub saxladım. Mənim bu sənətə gəlişim çox çətin olub. Atamdan, qardaşlarımdan çox təzyiq görürdüm. Atama heç bir məclisə getməyəcəyimi, ancaq sənətlə məşğul olacağımı söz verəndən sonra razılıq verdi. O kişiyə necə söz verdimsə, indiyədək sözümün üstündə dururam. O qədər məclislərə getmədim ki, hətta oğlumun toyunda restorana girməyə sıxılırdım.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA