AMiP-in hakimiyyətdən tələbləri var

img

17-12-2011 [02:02]


Azərbaycan Milli İstiqlal Partiyası dünyanın ayrılmaz tərkib hissəsi olan Azərbaycanda da tezliklə demokratikləşmə və əsaslı dəyişikliklərə qədəm qoyacağına inamını ifadə etməklə yanaşı, bu yeniləşmənin yolunu sivil qaydada, dinc, xalqn iradəsinə söykənməkdə görür. Partiya, hər cür zorakılıqların, təqib və təzyiqlərin, eləcə də, inqilabların qəti əleyhinə olduğunu bir daha bəyan edərək, bu üsulların ölkənin varlığına, gəlkəcəyinə və inkişafına ciddi təhlükə sayır. Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan xalqının və dövlətinin sabitliyini və tərəqqisini, onun beynəlxalq siyasi sistemlər icərisində yerinin möhkəmləndirilməsini, millətimizin xoşbəxtliyini əsas tutaraq qət edir: 1. Hakimiyyət qolları legitimləşdirilməsi və parlament seçkiləri yenidən keçirilməsi istiqamətində addımlar atılsın; 2. Hakimiyyət qolları arasında Konstitusiyada nəzərdə tutulan bölgüyə uyğun səlahiyyətlərin həyata keçirilməsinə imkan yaradılsın; 3. Bütün sahələrdə köklü islahatlar aparılsın; 4. Vətəndaşların hüquq və azadlıqları təmin edilsin; 5. Demokratik təsisatların fəaliyyətinə və inkişafına şərait yaradılsın; 6. Azərbaycanın maddi və mənəvi sərvətlərinin bölüşdürülməsində ədalət prinsipi qorunsun; 7. Vətandaşların sosial rifah halının yaxşılaşdırılmasına yönəlik addımlar atılsın; 8. Bütün sahələrdə monopoliya, rüşvət və korrupsiya hallarına son qoyulsun və rəqbət mühiti yaradılsın; 9. Vergi yükü azaldılsın, gizli iqtisadiyyatın qarşısı alınsın, qeyri-neft və aqrar sektor inkişaf etdirilsin; 10. Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin; 11. Ölkənin Avroatlantikaya inteqrasiyası sürətləndirilsin; 12. Yürüdülən siyasət xalqın və dövlətin maraqlarının təmin edilməsinə yönəldilsin; 13. Ölkə vətəndaşlarının keçmiş sovet banklarında qalan əmanətləri qaytarılsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA