Cənnətin cəhənnəmə çevirdiyi teatr

img

21-12-2011 [10:37]


Bu, nə reportajdır, nə müsahibə, nə tənqid. Sadəcə, hər şey olduğu kimi. Haqqında danışacağım mövzu da kifayət qədər dolaşıq mövzudur. Söhbət son zamanlar ölkə teatrlarında, ələlxüsus da Gənc Tamaşaçılar Teatrında yaranmış narazılıqlardan və bu narazılıqların səbəblərindən gedir. Əsas məsələyə keçməzdən əvvəl bir haşiyə də çıxım. Nədənsə, hər zaman mənə elə gəlirdi ki, sənət aləmində ən qalmaqalsız yer teatrdır. Axı teatr həm də bir məbəddir. Amma?Sən demə, məbəd olan təkcə teatrın adıymış. Qalan digər cəhətlər isə.. Yadınızdadırsa, bir müddət əvvəl Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru daxildə yaranmış problemlərin həll yolu kimi mətbuata üz tutmağı lazım bildilər. Hətta o vaxt başda Nicat Kazımov olmaqla, bir çoxları, o cümlədən xalq artisti Ağaxan Salmanlı bütün baş verənlərin baş rejissor Cənnət Səlimovayla bağlı olduğunu söyləyirdilər. Bu arada Nicat Kazımovun dediklərindən bir qismini xatırlayaq: ?Cənnət xanım işə başlayandan sonra öz tamaşalarına və aktyorlarına meydan verirdi. Bizim repertuarımızdakı tamaşalardan isə bircə mənim hazırladığım ?Pəri Cadu?nu saxladı. Özü isə Kamera Teatrından gətirdiyi ?Şeyx Sənan?, ?Məkkəyə gedən yol?, ?Aydın? və digər tamaşalarını repertuara daxil edib, öz aktyorlarını oynatdı. Bizim aktyorlara isə səhnəni doldurmaq üçün epizodik rollar verdi . Bizə dedi ki, ona bir az vaxt verək, klassik tamaşalar hazırlamaq istəyir. Razılaşdıq. Onun tamaşalarının bədii keyfiyyəti çox aşağı səviyyəli, sionist mövqeli idi, bütün tamaşalarda azərbaycanlılara ikrah hissi açıq-aydın görünür. Bu, onun düşüncə tərzidir?Cənnət Səlimovanın bir tərəfi yəhudi, bir tərəfi isə ləzgidir. Uzun sözün qısası, narazılıq belə-belə yığılıb axırda problemə çevrildi. Bu adam hətta Gənc Tamaşaçılar Teatrının 83 illik tarixinin üstündən xətt çəkib deyir ki, teatr bir ildir, fəaliyyətə başlayıb. Amma o, belə deməməlidir. Bir dəfə Ağaxan Salmanlı ilə mübahisə zamanı dedi ki, ?Mən yəhudi xalqını sevirəm. İstəyirəm, hamı bilsin ki, mən böyük erməni xalqını da çox sevir və qarşısında baş əyirəm?. O, sonra bu fikrindən qaçsa da, bizdə bu sözün ifadə olunduğu lent yazısı var. Fakt faktlığında qalır?. Bu günlərdə isə öyrəndim ki, teatrda ?Romeo və Culyetta?nın premyerası olacaq. Həm də aktyorlarla yola getməyən baş rejissor Cənnət Səlimovanın quruluşunda? Deməli, əsl məqamdır. ?Tamaşa başlayır. Təxminən 15 dəqiqədir ki, iki aktyorun - dayə-Naibə Allahverdiyeva və Merkusio- Şövqi Hüseynovun dediklərindən başqa səhnədən heç nə eşitmək mümkün deyil. Anlaşılan bircə odur ki, aktyorlar danışırlar. Amma nə? Şənlik səhnəsidir. Yüksək səsli musiqi altında hamı rəqs edir və qəfildən Romeo yıxılır. Musiqi də dayanır. Sən demə, Romeo yıxılarkən əli maqnitofonun düyməsinə dəyibmiş. Maqnitofonun haaa. Təsəvvür edirsinizmi, Şekspirin əsərində 5 manatlıq ?kitayski? maqnitofon. Növbəti məqam. Deməli, səhnədə hər iki tərəfindən altına dəmir dirəklər verilmiş uzun bir tir atılıb. İlk baxışdan körpünü xatırladır. Amma sən demə, rəssam bunu balkon kimi nəzərdə tutubmuş. Amma ?balkon? o qədər acizdir ki, hətta Culyetta rolunu oynayan, çəkisi cəmi 40-45 kiloqram olan Asya Atakişiyeva bunun üzərindən hərəkət edəndə adamda elə bir təəssürat yaranır ki, bu dəqiqə aktrisa yerə yıxılacaq. Tamaşaçı bilmir ?balkon?dan gələn ?cırıltılar?a qulaq assın, aktrisanın qeydinə qalsın, yoxsa tamaşaya baxsın. Əsərdə ?Merkusio? yeniyetmə oğlandır. Amma burdakı ?Merkusio? isə ən azı 35-40 yaşlarında, azacıq da ?balkonu? olan Şövqi Hüsenyovdur. Doğrudur, əməkdar artist rolunun öhdəsindən lazımınca gəlsə də, bu onun ?malı? deyildi. Qəribədir ki, rejissor əsərin qəhrəmanlarından olan Romeonu cins şalvar və krasovkada ?görmüşdü? Fasilədə tamaşaya baxa bilməyəcəyimi başa düşürəm. Artıq mənlik deyil. Foyedə xalq artisti Tariyel Qasımovla söhbətləşirik. Bir zamanlar bu tamaşada Hersoqu oynamış aktyor quruluşdan narazıdır: ?Tamaşada rejissor işi sıfırdır, yoxdur. Mən anlamıram, bu adam bu qədərmi toxunulmazdır?? Teatrın daha bir siması, xalq artisti Ağaxan Salmanlı da tamaşadan narazılar sırasındadır. Hətta birinci hissənin gedişatında aktyorun tez-tez zalı tərk etməsindən də bu hiss olunurdu. Tamaşadan sonra tamaşaçılara yaxınlaşıram. Bir neçə nəfərlə söhbətdən sonra gəldiyim ortaq qənaət: ?Burada Şekspirdən əsər- əlamət yox idi. Biz sadəcə ayrı-ayrı aktyorların oyununa baxdıq?. Ertəsi gün teatrın aparıcı simalarından olan Nicat Kazımova zəng edirəm. Hər halda, bir zamanlar Cənnət Səlimovanı ?topa tutanlar?dan biri və birincisi o idi. Amma deyir ki? - Mən yenidən bu məsələyə qayıtmaq istəmirəm. - Lap yaxşı. Amma bir zamanlar Cənnət Səlimova haqda ən sərt iddiaları siz səsləndirirdiniz? - Bilirsiniz, atam dünyasını dəyişəndən sonra başa düşdüm ki, bu dünyada heç nə üçün qalmaqal yaratmağına dəyməz. - Bəs hazırda rejissor kimi fəaliyyətiniz varmı? - Bəli, var. Hazırda ?Azdrama?da tamaşalar hazırlamaqla ?qurdumu? öldürürəm. - Yəni hazırda münasibətləriniz normaldır? - Yaxşısı budur, bu haqda görüşüb danışaq. Bu gün mənim quruluşumda ?Pəri Cadu? tamaşası olacaq. Sonda qeyd etmək istəyirəm ki, mən bu yazını nə teatr tənqidçisi, nə teatrşünas, nə də aktyor kimi deyil, adi bir tamaşaçı kimi yazmışam. Sadəcə, görünən odur ki, bu gün Gənc Tamaşaçılar Teatrında bir gərginlik yaşanır. Daha konkret desək, Kamera, Gənclər və Gənc Tamaşaçılar Teatrlarını birləşdirilib, bir teatr kimi formalaşdırılmasından sonra burada bir neçə cəbhə yaranıb. Teatrı aktyorlar üçün cəhənnəmə çevirən Cənnət Səlimova və onun rol üzünə həsrət qoyduğu aktyor və aktrisalar. İntiqam VALEHOĞLU

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA