ictimai Palata bəyanat verdi

img

21-12-2011 [06:33]


İctimai Palatanın Koordinasiya Şurası Fransa parlamentinin uydurma ?erməni soyqırımı?nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini müzakirə etməyə hazırlaşması ilə bağlı bəyanatla çıxış edib. İctimai Palatadan MİA-ya daxil olan bəyanatda deyilir: ?İctimai Palatanın Koordinasiya Şurası Fransa parlamentinin ?erməni soyqırımı? iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun müzakirəyə çıxarılması təşəbbüsündən narahat olduğunu bildirir və bunun Fransa-Türkiyə münasibətləri ilə yanaşı, Fransa-Azərbaycan münasibətlərinə də mənfi təsir edəcəyini bəyan edir. Biz ötən əsrin əvvəllərində baş verən hadisələrə tarixçilərin qiymət verməsi, ortaq tarix komissiyasının yaradılması ideyasını bəyənirik. Yaxın tariximizdə baş verən qanlı hadisələri də araşdırmağa ehtiyac olduğunu qəbul edirik. 1992-ci ildə Azərbaycanın Xocalı yaşayış məntəqəsində dinc sakinlərin, yaşlıların, qadın və uşaqların kütləvi qətliamı yaddaşlardan hələ də silinməyib. İctimai Palatanın Koordinasiya Şurası müzakirəyə çıxarılması gözlənilən qanun layihəsinin qəbul edildiyi təqdirdə, bu halın Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçilik missiyasına kölgə salacağını bəyan edərək tarixi həqiqətlərin təhrif olunmaması, Fransa-Türkiyə və Fransa-Azərbaycan münasibətlərinin soyumaması naminə Fransa parlamentini həmin qanunu müzakirəyə və səsverməyə çıxarmamağa çağırır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA